AYB üzvündən təklif: Fərqanə Mehdiyevanın adı əbədiləşdirilsin


Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu tanınmış şairə Fərqanə Mehtiyeva ilə bağlı təklif irəli sürüb: "Fərqanə Mehdiyevanın ədəbiyyatda, mətbuatda kifayət qədər xidmətləri olub. Düşünürəm ki, onun adının əbədiləşdirilməsi ona verilən qiymətin ən bariz göstəricisi ola bilər.

Bu mənada hesab edirəm ki, doğulub boya-başa çatdığı Salyan rayonundakı küçələrdən birinə Fərqanə Mehdiyevanın adı verilsin.

Müraciətin hazırlanıb təqdim edilməsində ədəbi ictimaiyyətin xüsusən də Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın, 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələrindən Millət vəkili seçilmiş Jalə Əhmədovanın, Fəzail Ağamalının iştirakını vacib hesab edirəm".

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu