Pandemiyadan sonrakı həyatımızda bizi nələr gözləyir ? – Psixoloq danışır 

“Karantin dövrü insanların alt şüurunda bir təşviş yaradacaq. İnsanlar bir müddət rahat həyat tərzi keçirə bilməyəcək”


Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq iki aya yaxındır, karantin rejimi tətbiq olunub. Əksər insan bu müddəti evində keçirir, işlə bağlı evdən çıxanlar da, sanki, “tikan üstündə” gəzir. İnsanlar nə normal söhbət edir, nə də avtobusda rahat işlərinə gedib-gəlir. Elə bil, yaşamaqdan qaçırıq. Hazırkı vəziyyətdə dostlarımızı da “itirmişik”. Artıq əlcəklər, spirt və masqa ilə dostluğ edirik.

Hər keçən gün onlar bizə daha da doğmalaşır. Maraqlıdır, karantin bitdikdə, COVİD-19 tarixin arxivinə köçdükdə normal yaşamımıza necə qaydacağıq? Avtobusdakı insanlara baxışımız, qapıların tutacaqları və liftlərin düyməsi ilə rəftarımız dəyişəcəkmi? Bəs karantin rejmində qazandığımız “dostlar”ı necə unudacağıq? Ümumiyyətlə, korona pandemiyası insanların psixologiyasında hansı izləri buraxacaq?

Sualımızı cavablandıran psixoloq Aytən Ələkbərova “Sherg.az”a bildirib ki, COVİD-19 pandemiyası insanların həyatına, psixologiyasına çox ciddi təsir göstərdi:

“Karantim rejiminin ilk günlərində insanalar evdə qalmaqda çətinlik çəkirdi. Amma indi vəziyyət dəyişib. Artıq səhərə yaxın yatıb, günün ikinci yarası oyanan insanlar səhər- səhər işə getməyi fikirləşir. Demək olar ki, insanların həyatında balans pozulub. Bu pozulma da insanlarda aqressiyanı artırır. Dolayısı ilə ətrafa qarşı münasibətimiz dəyişib. Pandemiyanın təsirindən bəzi insanlar bir-biriləri ilə ünsiyyət qurmaqdan  qaçacaq. Bundan başqa, karantindən sonra ətrafımızda bir insan asqırıb, öskürdükdə  ona “düşmən” kimi baxacağıq. Ümumiyyətlə, karantin dövrü insanların alt şüurunda bir təşviş yaradacaq. İnsanlar bir müddət rahat həyat tərzi keçirə bilməyəcək. Artıq adi qripə belə yaxalandıqda özümüzə “COVİD-19”a yoluxmuşuq deyəcəyik. Amma karantin rejiminə alışdığımız kimi ondan sonrakı dönəmə də uyğunlaşacağıq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu