Milli Qəhrəmanın ailə üzvündən dövlət rəhbərinə: “Siz daim xalqın yanında olan Prezidentsiniz”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Goranboy rayonunun Qarqucaq kəndindən Milli Qəhrəman ailəsinin üzvü İlham Nəcəfov dövlət rəhbərinə məktubunda qeyd edir: 

“Zati-aliləri cənab Prezident, biz Sizin apardığınız siyasəti bəyənir və alqışlayırıq. Siz pandemiya dövründə bir daha göstərdiniz ki, daim xalqın yanındasınız. Aztəminatlı, şəhid və Milli Qəhrəman ailələrinə daim diqqət və qayğı göstərməklə bir daha sübut etdiniz ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Biz Milli Qəhrəman ailəsi olaraq daim Sizin qayğı və diqqətinizi hiss etmişik. Cənab Prezident, əminəm ki, Sizin Ali Baş Komandan kimi apardığınız ordu quruculuğu sayəsində milli ordumuz və xalqımız erməni mənfurlarını işğal edilmiş ərazilərimizdən qovub çıxararaq Azərbaycan bayrağını o torpaqlarında dalğalandıracaq. Son dövrlərdə apardığınız siyasət və kadr islahatları xalqın böyük rəğbətini qazanıb. Təhsilə göstərdiyiniz qayğı əvəzolunmazdır. Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ölkədə savadlı gənc nəslin yetişdirilməsi yolunda atılmış mühüm addımlardan biridir və bu, göstərir ki, Siz daim xalqın yanında olan Prezidentsiniz. Biz Milli Qəhrəman və şəhid ailəsi olaraq Sizin qayğınızı daim hiss etmişik. Cənab Prezident, mən bir müəllim olaraq Sizinlə qürur duyuram. Apardığınız daxili və xarici siyasəti ailəliklə bəyənir, Sizə uzun ömür, cansağlığı arzulayırıq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu