Əməkdar müəllim Prezidentə yazır: “Xalqımızın Sizə olan sevgi və hörmətinin həddi-hüdudu yoxdur”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Abşeron rayonundan Əməkdar müəllim Təyyibə Hüseynova ölkə başçısına məktubunda vurğulayır: 

“Əziz Prezidentimiz, dünyamız üçün çox çətin olan bu dövr bir daha sübut etdi ki, Siz xalqımızın xilaskarısınız. Ən gərəkli vaxtda bir rəhbər, bir ata, bir oğul və bir qardaş kimi Azərbaycan vətəndaşının yanında oldunuz. Siz həyəcan təbilini erkən çalaraq dünyanın nəhəng ölkələrinin edə bilmədiyini etdiniz. Sizin uzaqgörənliyinizin, dərin zəkanızın nəticəsində xalqımız bu bəladan az itkilərlə sovuşmaqdadır. Xarici televiziya kanallarının Azərbaycanda pandemiyaya qarşı gedən mübarizədən ağız dolusu danışmaları, beynəlxalq təşkilatların Sizə etdiyi təşəkkürlər bizi qürurlandırır. Bir təhsil işçisi olaraq bildirmək istəyirəm ki, bizə olan diqqət və qayğınıza müəllimlər öz fədakar əməkləri ilə cavab verərək evdə qalıb şagirdlərini bir an belə unutmur, yaradılan şəraitdən istifadə edərək onlayn dərslər keçirlər. Möhtərəm cənab Prezident, xalqımızın Sizə olan sevgi və hörmətinin həddi-hüdudu yoxdur. Bu əziz Ramazan günlərində bütün dualarımız Sizinlədir. Allah Sizi və canınız qədər sevdiyiniz Azərbaycanımızı qorusun! Sizə sağlıqlı və uğur dolu uzun ömür arzu edirik”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu