Liderə məktub: “Hər zaman xalqın sağlamlığını, təhlükəsizliyini üstün tutmusunuz”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Qazax rayonunun sakini Kərəm Əfəndinin Prezidentə məktubunda deyilir: 

 “Möhtərəm cənab Prezidentimiz, bir gənc olaraq Sizin bu çətin vaxtda xalqımız, dövlətimiz üçün gördüyünüz işləri dəyərləndirməmək mümkün deyil. Hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını üstün tutmusunuz. Sizin atdığınız addımlar, gördüyünüz bütün işlər ölkəmizdə milli həmrəyliyi bu günə qədər müşahidə olunmayan dərəcədə artırıb. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz xalq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdirdik, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə. Təbii ki, ilk növbədə, dövlət, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər Sizin rəhbərliyinizlə xalqımıza xas olan ülvi xüsusiyyətləri nümayiş etdirdilər. Ulu Öndərimiz deyirdi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bəşəriyyətin böyük bir bəla ilə mübarizə apardığı zamanda Sizin vaxtında həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərlə ölkəmiz bu virusdan az zərər çəkən dövlət kimi dünyaya örnək oldu. İlk olaraq təhsil müəssisələrində dərslərin dayandırılması biz tələbələrin sağlamlığının və təhlükəsizliyinin Sizin üçün nə qədər önəmli olduğunu bir daha sübut etdi. Evdə qalmağımıza baxmayaraq, bir gün də olsun təhsilimizdən geridə qalmadıq. Sizə və ailənizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərinizdə müvəffəqiyyətlər arzu edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu