Kənd sakinindən Prezidentə təşəkkür: “Hər bir Azərbaycan vətəndaşı Sizin qayğınızı hiss etdi”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin sakini Mahmud Musayev ölkə başçısına məktubunda bildirir:

 “Möhtərəm cənab Prezidentimiz, son vaxtlar dünyada ən böyük problem olan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bu infeksiyanın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilmişdir. Məhz Sizin müdrik, uzaqgörən tədbirləriniz nəticəsində qlobal pandemiyanın ölkə ərazisində geniş yayılmasının qarşısı alındı. Bu çətin vaxtda kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Sizin qayğınızı hiss etdi. Sizin təşəbbüsünüz nəticəsində vətəndaşlarımızın sağlamlığı qorunub saxlandı. Cənab Prezidentimiz, Cəbrayıl rayonunun sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Siz bizə dəstək olduğunuz kimi biz cəbrayıllılar da Sizə daim dəstəkdir. Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Bu çətin dövrdə Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik. Allah Sizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu