Şagirddən Prezidentə: “Vətənə, xalqa göstərdiyiniz məhəbbət və dəstək üçün Sizə minnətdaram”


Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Sumqayıt şəhər “Təfəkkür” liseyinin şagirdi Mehrəngiz Qurbanova Prezidentə məktubunda yazır: 

 “Möhtərəm cənab Prezident, bütün dünya üçün qorxulu fəsadlarla nəticələnən koronavirus pandemiyası Vətənimiz Azərbaycandan da yan keçmədi. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Sizin - mənim xilaskar Prezidentimin uzaqgörən siyasəti sayəsində bu bəladan minimum ziyan gördü. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən əhalinin mütəmadi olaraq məlumantlandırılması, qabaqlayıcı tədbir olaraq kütləvi toplanmaların qarşısının alınması, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və digər tədbirlər Sizin yüksək liderlik, təşkilatçılıq qabiliyyətinizin nəticəsidir. Mən milyonlarla Azərbaycan vətəndaşından biri olaraq Vətənə, xalqa göstərdiyiniz bu məhəbbət, maddi, ən əsası isə mənəvi dəstək üçün Sizə çox minnətdaram. Bir şagird kimi ilk vaxtlar məktəbimin fəaliyyətini dayandırmasına görə çox üzülsəm də, sonra anladım ki, bu tədbir mənim və minlərlə azərbaycanlı şagirdin rifahı naminədir. Dəyərli Prezidentim, həyata keçirdiyiniz uzaqgörən siyasət üçün Sizə çox minnətdarıq. Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu