Rusiyadan Azərbaycan Prezidentinə yazırlar: “Hər çətin dövrdə necə güclü lider olduğunuzun şahidi oluruq”

 
Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Rusiya Federasiyasının Bryansk şəhərindən Elçin Mirzəyev Azərbaycan Prezidentinə yazır:

“Hörmətli cənab Prezident, Rusiyanın Bryansk şəhərində yaşayan və ürəyi Azərbaycanla döyünən həmvətənlərimiz doğma ölkəmiz üçün gördüyünüz böyük və əhəmiyyətli işlərinizi hər zaman diqqətlə izləyir və təqdir edirlər. Bütün dünyanı bürüyən pandemiya şəraitində hər bir vətəndaşımızın sağlamlığı üçün Sizin qabaqlayıcı tədbirlərinizin, imzaladığınız sərəncamların, qəbul etdiyiniz qərarların, həmçinin həkimlərimizin, polislərimizin qayğısı və xidmətləri əvəzsizdir. Buna görə Sizə bir vətəndaş olaraq minnətdarlığımı bildirirəm. Hörmətli cənab Prezident, biz doğmalarımızla əlaqə saxlayanda rahatlıq tapırıq. Hər bir çətin dövrdə Sizin necə güclü lider olduğunuzun bir daha şahidi oluruq. Doğmalarımızın sağlamlığının, hüquqlarının qorunmasına, onlara yardımların verilməsinə, sadalamaqla bitməyən digər işlərə görə Sizə minnətdaram. Biz Sizinlə həmişə qürur duyuruq, fəxr edirik. Allah Sizə, xalqımıza yar olsun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu