Xalq artisti Prezidentə təşəkkür etdi: “Belə çətin vaxtda da nəzərində olmuşam”

Ölkə vətəndaşları olaraq dünyanı cənginə alan koronavius pandemiyasına qarşı mübarizəni davam etdiririk. Tətbiq olunan xüsusi karantin rejiminin şərtləri yumşaldılsa da, evdə qalmaq böyük əhəmiyyət kəsb edir.  Koronavirus təhlükəsinin tamamilə öhdəsindən gələnə qədər qərarlara tabe olmalıyıq.
Bəs gəlin, görək kiritik dövrü tanınmış simalar necə keçirir?
Elə bu sualı ünvanlamaq məqsədilə sevilən müğənni, xalq artisti Niyaməddin Musayevlə əlaqə saxlayıb həmsöhbət olduq.

"Şərq"ə günlərini necə keçirtdiyindən danışan N.Musayev bu yaxınlarda təltif olunduğu "Əmək" ordeni üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildirdi:

"Qaydalara çox gözəl əməl edirəm. Evdə oluram. İdmanla məşğul oluram.  Vaxt necə gəlib, keçir heç bilmirik.  Möhtərəm prezidentimizə təşəkkür edirəm. Bu qarışıq zamanda, belə çətin vaxtlarda nəzərində olmuşam. Əməyimi qiymətləndirdi. Kritik dövrdə dəyərləndirilməyim bir sənət adamı kimi mənim üçün sevindirici oldu".

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu