Prezidentə məktub: “Gənc könüllülər olaraq Sizin ətrafınızda sıx birləşmişik”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Ağstafa rayonundan olan Günay Məmmədlinin ölkə başçısına məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, bu məktubu Sizə işlərini daim diqqət mərkəzində saxladığınız bir könüllü kimi yazıram. Dünya dövlətləri arasında gündən-günə nüfuzunu artıran bir ölkənin vətəndaşı olduğumuz üçün Sizə minnətdarıq. 

Möhtərəm Prezident, hazırda dünyanı ağuşuna alan koronavirus bəlasından bir çox böyük dövlətlərə nisbətən daha az zərər çəkməyimiz Sizin uzaqgörən siyasətinizin, tapşırıqlarınızın nəticəsidir. 

Xalqımızın sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc olaraq Sizinlə qürur duyuram. Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. 
Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Əziz Prezidentimiz, Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və gənc könüllülər olaraq Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu