“Azərbaycan düşünülmüş strategiya əsasında addım atır”

“Ölkəmiz 120 dövləti ortaq bir məxrəcə gətirdi. Bu, dövlət başçımıza göstərilən etimaddan xəbər verir” 




“Zirvə görüşü tarixi hadisə oldu. Bu videokonfransın onlayn şərhində iştirak etməyim mənim üçün böyük şərəf idi”. 
Bunu Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşü barədə “Sherg.az”a fikir bildirərkən millət vəkili, AŞ PA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri  Səməd Seyidov deyib.
O, Azərbaycanın çox ciddi təşəbbüslərlə çıxış etdiyini xüsusi vurğulayıb: 

“Hökumətimiz bu videokonfrans vasitəsilə təkcə 120 ölkəni birləşdirmədi, həm də çıxış yollarını təqdim etdi. Sözdə yox, əməldə həmrəyliyin vacibliyini göstərdi. Azərbaycan bundan əvvəl BMT Baş Assembleyasının onlayn toplansının keçirilməsində, fundamental məlumat bazasının yaradılmasında aparıcı rol oynayıb. Həmçinin ÜST-yə 5 milyon dollar vəsaitin də ayrılması hökumətimizin bu məsələyə necə ciddi yanaşmasını bir daha nümayiş etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan düşünülmüş strategiya əsasında addım atır. Görülən tədbirlər sayəsində haqqın kim, nahaqqın kim olduğu bilinəcək”.

 S.Seyidov vurğulayıb ki, heç böyük dövlətlər bunu edə bilməyiblər: 

“Avropa Şurası hələ tərkibindəki 47 ölkəni birləşdirə bilməyib. Amma Azərbaycan 120 dövləti ortaq bir məxrəcə gətirdi. Bu, ölkəmizin nüfuzundan, dövlət başçımıza göstərilən etimaddan xəbər verir”.                                                                               

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu