Sosioloqdan həyəcan təbili !- “Bəzi ölkələrdə virusun ikinci dalğası başlayıb” – Təhlükə !

“Bu səbəbdən vətəndaşlarımız Operativ Qərargahın bütün təlimatlarına və qaydalarına əməl etməlidir"



Azərbaycan  koronavirus pandemiyasına qarşı sərt karantin rejimini tətbiq etməklə yoluxma halının maksimum səviyyəyə çıxmasının qarşısını aldı. Bu tədbirlər insanların sağlamlığının qorunmasına xidmət edirdi. Tədricən həyata keçirilən yumşalma prosesi də vətəndaşların sosial həyata dönməsi məqsədi daşıyır. Lakin yumşalma dövründə vətəndaşların davranışı həyati əhəmiyyət kəsb edir.

Çünki koronavirusdan sağalanların normal həyata qayıdandan sonra yenidən xəstələnməsi və indiyə qədər yoluxmamış olan vətəndaşların da virusa yoluxması kimi risklər 
 epidemiyanın ikinci dalğasının başlayacağı və ikinci dalğada yoluxmanın daha kütləvi hal ala biləcəyi təhlükəsini artırır.
Bu səbəbdən hər kəs xüsusi karantin rejimi dövründəki qaydalara əməl etməlidir. 

Əks halda,  ikinci dalğanın olması daha çox yoluxma və itki, o cümlədən, daha sərt məhdudiyyətlərin tətbiq edilməsi deməkdir.



Bu barədə “Sherg.az”a danışan professor,  sosioloq Əhməd Qəşəmoğlu  da hesab edir ki, vətəndaşlar pandemiyaya qarşı görülən tədbirlərin sosial məsuliyyətini anlamalı və onları yerinə yetirməlidir:

“Bir şəxsin  məsuliyyətsizliyi nəticəsində onlarla insan virusa yoluxa bilər. Dövlətimiz öz üzərinə düşən bütün lazımi addımları atır.
Biz də vətəndaş olaraq ölkəmizdə durumun daha da  gərginləşməməsi, virusun ikinci dalğasının yaşanmaması  üçün verilən tapşırıqlara əməl etməliyik.  Artıq bəzi ölkələrdə karantin rejiminə əməl olunması ilə bağlı problemlər yaşandığından virusun ikinci dalğası başlayıb. Bu səbəbdən vətəndaşlarımız Operativ Qərargahın bütün təlimatlarına və qaydalarına əməl etməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu