Arxayınlaşma təhlükəyə yol açır: “Sosial izolyasiya və tibbi profilaktikaya əməl edilməlidir”

“Odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət olunması başlıca şərtdir”



Dünyada koronavirus pandemiyasına yoluxma halı tədricən azalmaqdadır. Artıq müxtəlif ölkələr sərt karantin rejiminin yumşaldılması istiqamətində  addımlar atır. Yumşalma prosesi Azərbaycanda da həyata keçirilir: müəyyən sektorlarda iş yerləri açılır, bəzi xidmət sektorları və iaşə obyektləri fəaliyyətini bərpa edir, rayonlararası gediş-gəliş tədricən bərpa olunur.

Lakin yumşalma dövründə vətəndaşların davranışı həyati əhəmiyyət daşıyır. Çünki, koronavirusdan sağalanların normal həyata qayıdandan sonra yenidən xəstələnməsi və indiyə qədər yoluxmamış olan vətəndaşların da virusa yoluxması kimi risklər  pandemiyanın ikinci dalğasının başlayacağı və ikinci dalğada yoluxmanın daha kütləvi hal ala biləcəyi təhlükəsini artırır.

Bu səbəbdən hər kəs xüsusi karantin rejimi dövründəki qaydalara əməl etməyə davam etməlidir. 
Əks halda  ikinci dalğanın olması daha çox yoluxma və itki, o cümlədən, daha sərt məhdudiyyətlərin tətbiq edilməsi deməkdir.

 Hazırda bütün dünya ölkələrinin  koronavirusa qarşı mübarizə apardığını xatırladan millət vəkili Könül Nurullayeva da “Sherg.az”a açıqlamasında vətəndaşlara  Operativ Qərargahın bütün təlimatlarına və qaydalarına əməl etməyi tövsiyyə edir: 

"Azərbaycan koronavirusa qarşı mübarizə çərçivəsində öz standartını tətbiq edib və dünyanın nüfuzlu beynəlxalq qurumları ölkəmizin pandemiyaya qarşı mübarizə siyasətini nümunə kimi təqdim edir. Təsadüfi deyil ki ölkəmizdə dövlətin həyata keçirdiyi mübarizə tədbirlərinin mərkəzində ilk növbədə insan amili dayanır. Cənab Prezident də dəfələrlə bəyan edib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk gündən mümkün variantlar içərisindən məhz əhalinin həyatının qorunmasını seçib.  

Hazırda virusun yayılma dinamikasından asılı olaraq, ölkədə karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunub. Lakin yoluxma sayında ciddi artım müşahidə olunur ki, bu da virusun nə qədər təhlükəli olduğunu göstərir. 

Belə həssas məqamda arxayınlaşmaq daha ciddi təhlükələrə yol aça bilər. Odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət olunması başlıca şərtdir. Hər kəs

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu