Pandemiya təhlükəsi: “Özünütəcrid kampaniyası davam etdirilməlidir” 

Azərbaycanda  post-koronavirus dövrünə hazırlıq məqsədilə mərhələli və yumşaldıcı tədbirlər həyata keçirilir. Dövlətimiz müəyyən sosial məsafə gözləmək, sanitar qaydalara əməl etmək şərti ilə bəzi qadağaları aradan götürüb.
 Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısını alan əsas tədbirlərdir. 

Millət vəkili Məlahət İbrahimqızı isə insanlara bu çətin günlərdə məsuliyyətli və diqqətli olmağı tövsiyə edir. Xanım millət vəkili hesab edir ki, vətəndaşlarımız  mümkün qədər sosial məsafəni gözləməli, insanların sıx toplaşdığı yerlərdən uzaq olmalıdır.  Pandemiya təhlükəsi  geridə qalana qədər özünütəcrid  kampaniyası davam etdirilməlidir: 




“Yumşalma dövründə vətəndaşların davranışı həyati əhəmiyyət daşıyır”


"Hər  kəs bu qlobal təhlükə ilə mübarizədə ciddi məsuliyyət daşımalı, şəxsi gigiyena və sosial izolyasiya  qaydalarına əməl etməlidir".

Xanım parlamentari həmçinin qeyd edib ki, hökumət pandemiya başlayanda sərt karantin rejimini tətbiq etməklə yoluxma halının maksimum səviyyəyə çıxmasının qarşısını aldı:

“Bu tədbirlər insanların sağlamlığının qorunmasına xidmət edirdi. Tədricən həyata keçirilən yumşalma prosesi də vətəndaşların sosial həyata dönməsi məqsədi daşıyır. Lakin yumşalma dövründə vətəndaşların davranışı həyati əhəmiyyət daşıyır”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu