Deputat: “Hər kəs karantin rejiminə ciddi əməl etməlidir"

“Qaydalara nə qədər ciddi riayət edərsək, bir o qədər də rejimin tez bitməsinə nail ola bilərik"


Koronavirusla əlaqədar ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması insanları  arxayın salmamalıdır. Əks halda biz xəstəliyin yeni dalğası ilə üz-üzə qalmalı olacağıq.
  
Millət vəkili Bəhruz Məhərrəmov da “Sherg.az”a açıqlamasında qeyd edib ki,   infeksiyanın ölkəmizdə kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün dövlət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir: 

"İnsanlar vəziyyətin nə qədər təhlükəli olduğunu anlamaq istəmir. Həm özlərinin, həm də ətrafındakı insanların sağlamlığına biganə yanaşırlar. İnsanlar dərk etməlidir ki, bu fərdi yox, ümummilli təhlükəsizlik məsələsidir. Hər kəs dövlətin qayda- qanunlarına uyğun addım atmalı, karantin rejiminə ciddi əməl etməlidir".  

Deputat hesab edir ki, dövlət vəsaitinin pandemiyanın yeni dalğasının nəticələrinin aradan qaldırılmasına yönəlməməsi üçün hər bir vətəndaşımızın üzərinə ciddi vəzifələr düşür. Başlıca vəzifə isə karantin tədbirlərinin yumşaldılmasından sui-istifadəyə yol verməməkdir: 

“Dövlət karantin rejiminin davam etdirilməsində maraqlı deyil. Hər ötən gün büdcəyə yükdür. Eyni zamanda, tətbiq edilən rejim vətəndaş üçün də kifayət qədər diskomfort yaratmaqdadır. Mövcud karantin rejiminə ən qısa müddətdə son qoyulması həm dövlətin, həm də vətəndaşın niyyəti ilə üst-üstə düşür. Faktiki olaraq məqsəd eynidir. Bu məqsədə çatmağın yeganə yolu rejimə əməl etməkdir. Nə qədər ciddi riayət edərsək, bir o qədər də rejimin tez bitməsinə nail ola bilərik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu