“Nəsimi”dən Afətə CAVAB: “ Heç bilmirəm o kimdi, haradan gəlib? !”

“O çox şey istəyə bilər.  Nə olsun? Təkrar edirəm, başlıca günah onu televiziyada nümayiş etdirənlərdədir"




Ötən il Azərbaycan incəsənəti və ədəbiyyatına qeyri-adekvat olan bir hadisə ilə  üzləşdik. Müğənni Afət Fərmanqızı böyük şair Nəsiminin "Sığmazam" qəzəlini hind musiqisi ilə aranjman edərək “palatka” toyu səviyyəsində ifa etdi.

Sənətkarlar bunu Nəsimiyə qarşı hörmətsizlik adanlandıraraq, müğənnini haqlı tənqid atəşinə tutdular. Lakin dahilərin irad və tövsiyələrinə rəğmən Afət xanım yenidən Nəsimin qəzəlinə üz tutub. O bu dəfə "Dönməzəm" qəzəlini, eyni üslubda oxuyub. 

Bəs Nəsimi kimi böyük şairin qəzəlinə toyalarda oynanılması, "Tiktok" kimi sosial şəbəkələrdə videolar çəkilməsi nə dərəcədə düzgündür?

Məsələyə münasibət öyrənmək üçün, Nəsimini yüksək səviyyədə canlandırmış aktyor, xalq artisti Rasim Balayevlə əlaqə saxladıq. Mövzu ilə bağlı "Sherg.az"a danışan sənətkar bildirdi ki, bu sualı onu  efirə buraxanlara sual vermək lazımdır:

"Məndən niyə soruşursunuz?  Heç bilmirəm o kimdi, haradan gəlib? Dediyim odur ki,  günah onda yox, onu efirə buraxanlardadır,.   Hər adamı verlişə çıxardırlar. Olmaz !  Hər şeyin həddi var. O çox şey istəyə bilər.  Nə olsun? Təkrar edirəm, başlıca günah onu televiziyada nümayiş etdirənlərdədir"

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu