Düşmənə son xəbərdarlıq: “Ermənistanı və Paşinyanı da bu aqibət gözləyir” 

“Bu gün Ermənistanda qatillər, cinayətkarlar, terrorçular qəhrəmanlaşdırılır:. Və bu haqda tək biz yox, bütün dünya danışmalıdır”




"Prezident İlham Əliyevin Rusiya mətbuatına müsahibəsində Azərbaycan ordusunun gücündən bəhs etməsi Ermənistana çox ciddi mesajdır".

Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Analitik bildirib ki, bu, bəlkə də düşmənə son xəbərdarlıqdır:

"Bu açıqlamaların məhz 9 mayda səslənməsi çox simvolikdir. Bildiyimiz kimi, mayın 9-da faşizm üzərində çətin qələbə qazanılmışdı və bu qələbədə Azərbaycanın payı böyük idi. Ölkəmiz o vaxt cəbhəyə həm böyük həcmdə neft göndərirdi, həm yüz minlərlə azərbaycanlı faşizmə qarşı döyüşlərdə iştirak edirdi. Bəli, o vaxt faşizm üzərində qələbə qazanıldı. Amma bu o demək deyildi ki, faşizm tam olaraq yer üzündən yox oldu. Hamı fikirləşirdi ki, 20-ci əsrdə faşizm bitəcək, yox olacaq və tarixdə biyabırçı qara ləkə kimi qalacaq. Lakin 21-ci əsrdə yaxınlığımızda, Azərbaycanın torpaqlarını işğal edən Ermənistanda faşizm açıq təbliğ olunur. Faşizmi 20-ci əsrdə yaşadanlara, cəlladlara, qaniçənlərə heykəllər qoyulur. İnsanlıqdan uzaq məxluqlar haqda xoş sözlər deyilir. Tarixdə qanlı iz buraxan Hitlerin yolu ilə iri addımlarla Ermənistanın indiki baş naziri, siyasətdən çox uzaq olan bir diletant - Nikol Paşinyan gedir".


Politoloq vurğulayıb ki, terror və terrorçuları ilə məşhur olan qonşu ölkədə indi də faşizm təbliğ olunur: 

"Ona görə düşmən ölkədə həm faşizmin, həm də terrorun kökü kəsilmir. Bunlar bir-birinə çox bağlıdırlar. Terror faşizm üçün ideal zəmindir. Avropanın başı isə qarışıqdır, bunu görmür, ya da görmək istəmir. Sonuncu dəfə bu situasiya 1939-də ildə yaşandı. O vaxt faşistlərin rəhbəri Hitler Polşaya daxil oldu və İkinci dünya müharibəsini başlatdı".

A.İmanova görə, bu gün Ermənistanda qatillər, cinayətkarlar, terrorçular qəhrəmanlaşdırılır: 

"Və bu haqda tək biz yox, bütün dünya danışmalıdır. Ermənistan və onun kimi dövlətlər təcrid olunmalıdır. Çünki nə XXI əsrdə, nə də sonrakı əsrlərdə terrora, faşizmə dünyada yer olmalıdır. Hitler və faşizm tarixin arxivindən silinib. Eyni yolu gedən Ermənistanı və Paşinyanı da bu aqibət gözləyir".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu