“Cavidlər, Vurğunlar, Üzeyir bəylər Bakıya rayondan gəlməyiblərmi ? !” – Sənətkardan qızıl sözlər 

“Regionlarda elə istedadlı musiqiçilər, aşıqlar, muğam ifaçıları var ki...”

“İstedadlı, yaxşı sənətkarlar abırlı, utancaq olublar.  Sənətin məsuliyyətini, duyub səslərini çıxarmayıblar”

“Boş qabdan çox səs çıxır, lakin  dolu qabdan heç vaxt səs gəlmir”




Bəşəriyyəti cənginə almış koronavirus pandemiyasına qarşı aparılan mübarizə davam etdirilir. Ölkə vətəndaşları olaraq səbrimiz  tükənsə də, təmkini əldən buraxmayıb, qaydalara əməl edərək  tezliklə kritik günlərin sona çatmasını gözləyirik.  

Əlbəttə, hər an virus haqqında düşünüb, özümüzü psixoloji cəhətdən yormaq da düzgün deyil.  Gözəl günlərə inanaraq nikbin aurada karantin müddətini daha asan keçirə bilərik.

 Gəlin görək dövrün sevilən simaları vaxtlarını necə keçirir?
 
Elə bu sualı ünvanlamaq üçün  məlahətli səsi ilə  minlərlə musiqisevərin qəlbinə yol tapan, tanınmış müğənni Sahib İbrahimovla əlaqə saxlayıb, həmsöhbət olduq. "Sherg.az"a açıqlama verən sənətkar efirlərdə, canlı yayımlarda qonaq olduğunu söylədi:

" "Skype" vasitəsilə canlı yayıma qoşulub, xalqımız, bizi sevən insanların hamısı üçün gündə bir-iki saat konsert proqramı ilə çıxış etmişik. Müəlliməm, "onlayn" dərslər keçirəm. Lazım olanda efirlərdə qonaq oluram. "

Yaradıcılıq işlərindən də söz açan müğənni, növbəti duet ortağı haqqında da məlumat verdi:

"Hələlik duet ortağım  respublikamızın əməkdar artisti, gözəl sənətkarımız Almaz xanım Orucovadır.  Gələcəkdə sevimli dostlarımdan, xalq artistlərindən olan  böyük sənətkarımızla bir neçə xalq mahnısı oxuya bilərəm. Hələ bu söz olaraq qalıb, tam reallaşmayıb. Demək olar, mahnılarımız hazırdı.  O da ,mən də istəyirik ki, duet mahnılarımızı ifa edək.

Efirlərə tez-tez səsi, sənəti olmayan müğənnilərin dəvət olunması məsələsinə toxunan S.İbrahimov  ucqar rayonlardan olan  gənc istedadlara dəstək göstərməyin vacibliyini də  qeyd etdi:

" İstedad önəmli məsələdir. Hər kəs Bakıda olsa da, regionlarımızda, kəndlərimizdə, məmləkətimizdə  o qədər istedadlar var. Böyük Hüseyn Cavidlər, Səməd Vurğunlar, Üzeyir bəylər Bakıya rayondan gəlməyiblərmi? Bakı Azərbaycanımızın paytaxtıdır, bu səbəbdən  bütün mətbuat qurumları, televiziyalar Bakıdadır, ona görə də hamı burdadır.

Bizlər də regionlardan gəlib paytaxtda təhsil almışıq. Efirlər  vasitəsilə özümüzü xalqımıza tanıtmışıq. Rayonlarda elə istedadlı musiqiçilər, aşıqlar, muğam ifaçıları var ki... Dəyərli, gözəl sənətkarlarımıza  dəstək olaq. Musiqi məktəbində müəlliməm, 15 ildir pedaqoji fəaliyyətdəyəm. Şagirdlərimin əksəriyyəti  rayondan gəlib. Bakıda  yataqxanada, kirayədə qalırlar, evləri olanda var. Onlara dəstək olmaq lazımdır, kömək etməliyik. Hər zaman deyirəm.

Bir ifadə var, onu dahi bəstəkar   Üzeyir Hacıbəyovun adı ilə əlaqələndirirlər. Fikrimcə bu Üzeyir bəyin deyimi deyil, hansısa dünya dahilərindən birinindir. Deyir ki :"İstedadlı insanlara kömək edin, istedadsızlar özlərinə yol açacaqlar" 

Ən qədimdən belə olub istedadlı, yaxşı sənətkarlar abırlı, utancaq olublar.  Özlərində sənətin məsuliyyətini, böyüklüyünü duyub səslərini çıxarmayıblar. Boş qabdan çox səs çıxır, lakin  dolu qabdan heç vaxt səs gəlmir. Yəni istedadlı gənclərə kömək etməliyik, dəstək olmalıyıq.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu