Çempionlar Liqası tarixinin ən yaxşı futbolçuları - SİYAHI

Keçirilən oyunların və vurulan qolların nisbətinə əsasən Çempionlar Liqası tarixinin ən yaxşı futbolçularının reytinqini açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya “Barselona”nın kapitanı Lionel Messi liderlik edir.

141 matçda 114 dəfə fərqlənən argentinalı superulduz orta hesabla hər oyunda 0,81 qol vurub. İkinci pillədə “Mançester Yunayted” və “Real”ın sabiq hücumçusu Rud van Nistelroy yer alıb. Çempionlar Liqası tarixinin 128 topla bombardiri olan “Yuventus”un forvardı Kriştianu Ronaldo isə orta hesabla 0,76-lıq göstərici ilk üçüncüdür.

Oyun və qol nisbətinə görə bombardirlər:

1. Lionel Messi – 141 oyun, 114 qol (orta hesabla 0,81)

2. Rud van Nistelroy – 73 oyun, 56 qol (0,77)

3. Kriştianu Ronaldo – 169 oyun, 128 qol (0,76)

4. Robert Levandovski - 86 oyun, 64 qol (0,74)

5. Neymar - 57 oyun, 35 qol (0,61)

6. Filippo İnzagi - 81 oyun, 46 qol (0,57)

7. Edinson Kavani - 62 oyun, 35 qol (0,56)

8. Serxio Aquero - 71 oyun, 39 qol (0,55)

9. Kərim Benzema - 119 oyun, 64 qol (0,54)

10. Raul Qonzales - 142 oyun, 71 qol (0,50).

Paylaş

Bizi Facebookda izləyin
menu
menu