Sabiq nazirdən məmurlara sərt tənqid: “Prezidentin “dərsindən qaçmaq” mümkün deyil” 

“Ya nümunə çıxarmalı, ya da digərlərinin aqibətini yaşamalıdırlar”



Hökumətin korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində icra başçılarının vəzifədən kənarlaşdırılması, həbs edilməsi davam edir. Amma, bu, digər məmurlara dərs olmur. Bildiklərindən əl çəkmir, özlərini hakim hesab edirlər. 
Belə icra başçıları haqqında “Sherg.az”a danışan keçmiş təhsil naziri Firudin Cəlilov onları sərt tənqid etdi: 

“Əksər icra başçısı  xalqı incitməklə məşğuldur. Dövlət başçısı onlara qulaq burması verdi. Prezidentin “dərsindən qaçmaq” mümkün deyil. Ya nümunə çıxarmalı, ya da digərlərinin aqibətini yaşamalıdırlar. Qəribədir ki, hələ qapıları döyülməyən icra başçıları vəzifəsindən azad edilən məmurlardan örnək almırlar. Skandinaviya ölkələrində belə deyil.



Bir məmurun digərinin aqibətindən dərs çıxarmadığını kimə desən , gülər. Ancaq bizim məmurlar o qədər harınlaşıb ki, özlərindən başqa heç kəsi görmürlər. 5-10 icra başçısını həbs etməklə vəziyyət düzəlmir. Sistemin dəyişməsinə, köklü islahatlara ehtiyac var. Həm də qeyd etdiyim kimi, Skandinaviya yanaşmasını Azərbaycana gətirmək lazımdır”. 

F. Cəlilov “təmizləmə” işlərində hüquq-mühafizə orqanlarının da əməyini yüksək qiymətləndirdi:

“DTK-ın əməyini yüksək qiymətləndirirəm. Onlar çox yaxşı işləyirlər. Çünki bu proseslərə rəhbərlik edən şəxs yerindədir. Bu, həm də mesajdır-hərə öz yerində olmalıdır. Necə deyərlər, daş yerində ağırdır”.                                                                            

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu