“Prezidentin müsahibədə söylədikləri dünyaya bir ismarıc oldu”

“İndi Dağlıq Qarabağ probleminin həlli də gündəmdə olacaq”


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına müahibə verib. Ölkə başçımızın bu müsahibəsi bütün digər ölkələr, o cümlədən düşmənlərimiz üçün bir mesaj oldu.


Belə ki, Prezident müsahibədə ordumuzun qüdrətindən və Azərbaycanın hər zaman müharibə veteranlarına, onların ailələrinə qayğı ilə yanaşdığına xüsusi diqqət çəkib. 

Bununla bağlı “Sherg.az”a danışan politoloq Tofiq Abbasov indiki dövrdə belə çıxışların siyasi aləmdə çox böyük əhəmiyyət kəsb etdiyini bildirib: 

“İnformasiya əsrində yaşayırıq. İKT-nin sürətli inkişafı heç bir məhdudiyyət olmadan istənilən məlumatla tanışlığa imkan verir. Artıq tərcümə məsələsi də problem deyil. Odur ki, dünya siyasətçiləri bir-birlərini izlədikləri kimi, Azərbaycanı da həmişə diqqətdə saxlayırlar. Xüsusilə ona görə ki, ölkəmiz çox əhəmiyyətli strateji mövqedə yerləşir. Bu mənada dövlət başçısının dedikləri dünyaya ismarıc olmaqla yanaşı, həm də problemlərimizin həlli istiqamətində mühüm rol oynayacaq. Çünki müsahibədə çox aktual məsələlərə toxunuldu. İndi Dağlıq Qarabağ probleminin həlli də gündəmdə olacaq”.                                                                      

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu