AMB sədri: “Bağlanan bankların siyahısı daha böyük ola bilərdi”

Ölkədə fəaliyyət göstərən bank sektorunda yoxlamalar başa çatdırılmayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ilkin olaraq bankların kapitalının qiymətləndirilməsi prosesi həyata keçirilib:
“Bu olmasa idi, bağlanan bankların siyahısı daha böyük ola bilərdi. İlkin bank portfellərinin qiymətləndirilmələrini həyata keçirmişik. Hesab edirəm ki, bu gün çap olunan hesabatlara inanmaq olar. Amma təbii ki, son dəqiqləşdirmələr mümkündür”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu