“Ermənistanda faşizm ideologiyasını təsdiqləyən çoxsaylı fakt var”

“Dünya birliyi tərəfindən işğalçı dövlətə təzyiqin göstərilməməsi Ermənistanın ərköyünləşməsinə səbəb olur” 



“Ermənistanda faşizm ideologiyasının, etnik təmizləmə və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən faktlar saysız-hesabsızdır. Bu faktların çoxluğu fonunda dünya birliyi tərəfindən işğalçı dövlətə hələ də hansısa bir təzyiqin göstərilməməsi Ermənistan hakimiyyətinin gündən-günə daha da ərköyünləşməsinə, ən əsası bu istiqamətdə üzə çıxan yeni faktlardan zərrə qədər də narahat olmamasına, əksinə, nasizmi əməli işdə dəstəkləməsi kimi məqamların açıq-aşkar nümayişinə səbəb olur”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, hakimiyyətə gəldiyi gündən qeyri-adekvat addımları ilə siyasətdən nə qədər uzaq olduğunu, faşistlərə xidmət edərək erməni sələflərinin ünvanına mədhiyyələr yağdırdığını nümayiş etdirən “demokrat libasına bürünmüş” baş nazir Nikol Paşinyan yenə də növbəti olayla gündəmin mövzusuna çevrilib:

“Bir çox insanların sosial mediada müharibədə iştirak etmiş ata-babalarına aid foto və məlumatlar paylaşması axınına qoşulan Ermənistanın baş naziri Nikol Paşinyan bu paylaşımı ilə nəinki dünya ictimaiyyətinin, hətta öz ermənilərinin də sərt reaksiyası ilə üzləşib. Həmin paylaşım araşdırmaların aparılmasına və belə bir faktın açıqlanmasına səbəb olub ki, Paşinyanın bu gün adını daşıdığı babası 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub”. 



V.Rəhimzadə bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin saytında dərhal bu faktı inkar edən məlumatın dərc olunması dünya və erməni ictimaiyyəti arasında müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz:

“Həmin gülünc məlumatda bildirilir ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan adlı şəxs iştirak edib. Onlardan biri SSRİ ordusunda, digəri isə düşmən cəbhədə olub. Baş nazirin babası faşistlərin tərəfdarı olmayıb. Bax, bu da növbəti erməni riyakarlığı, növbəti erməni fitnə-fəsadı. Dağlıq Qarabağın Ermənistana məxsusluğunu dilə gətirib, sonralar müstəqil dövlət kimi fəaliyyət göstərdiyini iddia edən işğalçı ölkənin hoqqabaz, diletant rəhbərindən özü ilə bağlı həqiqətin üzə çıxmasından sonra utanıb-qızarmasını, faşizm ideologiyasının qurbanlarının doğmalarından və yaxınlarından üzr istəməsini, məcburiyyət qarşısında qalıb tarixi faktları təsdiq etməsini gözləmək sadəlövlük olardı”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu