“Bu məmurların əməlləri cinayət yox, xəyanətdir”

“Etimadı doğrultmayan məmurlar başqa kadrlarla əvəzlənəcək və yaradılan komanda yeni inkişaf  konsepsiyasını sürətləndirəcək”




“Dövlət başçısı 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra bütün sahələri əhatə edən geniş islahatlara başladı. Bu islahatlar həm də “Azərbaycan 2020-gələcəyə baxış” konsepsiyasına hesablanıb. Əslində 2012-ci ildən bu konsepsiyanın bəzi bəndləri həyata keçirilir. Ən əsas məqam isə kadr islahatıdır”.
Bu sözləri Azərbaycan Milli Qeyri-hökumət təşkilatları Forumunun prezidenti Rauf  Zeyni icra başçılarının həbs olunması ilə bağlı “Sherg.az”a danışarkən deyib. O, bildirib ki, vəzifəsindən sui-istifadə edən məmurların cəzalandırılması gələcəyin inkişafı naminə atılan addımlardır: 

“Korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Ümumiyyətlə, hökumət idarəetmə metodologiyasında dəyişiklik aparır, şəffaflıq üçün məqsədyönlü addımlar atır. Amma bəzi “qara qüvvələr”, o cümlədən icra başçıları buna mane olur. Prezidentin də dediyi kimi, onların bu əməlləri cinayət yox, xəyanətdir. Məmurlar etimadı doğrultmalıdırlar. Əks halda isə onlar başqa kadrlarla əvəzlənəcək və yaradılan komanda yeni inkişaf  konsepsiyasını sürətləndirəcək. Biz də prezidentin bu islahatlarına dəstək verir, kadr dəyişikliklərinin idarəçilik sistemində müsbət nəticələrə səbəb olacağına inanırıq”.                                                                     

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu