“Ermənistanda faşistlər qəhrəmanlaşdırılır” - ŞƏRH

“Bu da onu göstərir ki, Ermənistan bütün dünya üçün böyük və ciddi təhlükə mənbəyidir”



Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində iştirak edən babasının fotosu ətrafındakı müzakirələr səngimir. Paşinyan bu fotonu paylaşdıqdan dərhal sonra əslində onun Sovetlər birliyinə qarşı vuruşması ilə bağlı faktların üzə çıxması Ermənistan baş nazirinin əsl xislətindən xəbər verir. Azərbaycan ictimaiyyətinin fikrincə ortaya çıxan faktlar Paşinyanın nasist cinayətkarlarının, indiki Ermənistanın siyasi elitasının banisi elan edilmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki prinsipial mövqeyini izah edir.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə,  Paşinyanın babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd etməsi  faktı Ermənistan hakimiyyətinin faşizmə niyə belə sıx bağlı olduğunu bir daha ortaya çıxardı:

“Paşinyanın babasının faşistlərə xidmət etməsi göstərir ki, onun faşizm sevdası, faşizmin qəhrəmanlaşdırılmasına təşəbbüs göstərməsi heç də təsadüfi deyilmiş”.

Q.Hüseynli deyib ki, Prezident İlham Əliyev  müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib:

“Lakin Nikol Paşinyan Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına haqq qazandırmağa çalışıb. Bu il dünyada faşizm kimi böyük bir bəlanın üzərində Qələbənin 75 illiyi qeyd edildi. Ermənistan bütün bu mübarizəni heçə sayaraq, bu şərəfli yolda qəhrəmancasına həlak olmuş insanların ruhuna hörmətsizlik edərək, bu gün faşist ideyalarını yaşatmağa çalışır. Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək qətiyyən yolverilməzdir. Ermənistanda faşizmin qəhrəmanlaşdırılması baş verir. Belə görünür ki, artıq faşizmin, qəddarlığın, amansızlığın icraçıları olan “qəhrəmanların” şərəfinə abidələr qoyulması Ermənistanın siyasətində prioritet istiqamətə çevrilib. Ermənistanın əvvəlki hakimiyyəti İrəvanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi, heykəl qoyulması, adlarına küçələrin, meydanların verilməsi Ermənistan rejiminin faşist  əqidəsini açıq şəkildə nümayiş etdirir. Bu da onu göstərir ki, Ermənistan bütün dünya üçün böyük və ciddi təhlükə mənbəyidir.”

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu