Süpürgəçi ölümləri davam edir ! - Köhnə problemin, səngiməyən ağrıları...

“Bu məsələdə dərin bir boşluq var. Nəzarət olmasa, insanların vurulma ehtimalı hər zaman yüksək olacaq”



Bakıda daha bir süpürgəçinin avtomobillə vurulma anı kameraya düşüb. Paytaxt küçələrinin birində hərəkət edən KİA markalı avtomobilin sürücüsü sükan arxasında yataraq, yolun kənarında təmizlik işləri görən süpürgəçi qadını vurub. 
Süpürgəçilərin yollarda həyatını itirməsi ilə nəticələnən hadisələr çox olsa da, problem həllini tapmır. Bir zamanlar çıxış yolu kimi süpürgəçilərə xüsusi geyimlər verildi. Məqsəd onların qaranlıq vaxtı yollarda yaxşı görünməsini təmin etmək olsa da, süpürgəçi ölümlərinə son qoyulmur. Bu cür neqativ hallar əsasən sürücü məsuliyyətsizliyindən baş verir. Problemin kökündən həll edilməsi vacibdir. Amma süpürgəçi ölümləri ciddi problem olaraq qalmaqdadır.




Hadisəni “Sherg.az”a şərh edən “Digesta” Hüquq Firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, süpürgəçilərin maşınla vurulması köhnə problemdir. Bu məsələ ilə bağlı heç bir yeni yanaşma yoxdur:

"Çünki əvvəldən qalan problemin qarşısı alınmadı, ona görə də yeni yanaşmanın sərgilənməsi effektiv deyil. Bu məsələdə dərin bir boşluq var. Bəla orasındadır ki, baş verən hadisə elementar qaydada əməyin təhlükəsiz təşkili, eyni zamanda yol hərəkətinin təhlükəsizliyidir.

Burada ictimai təhlükəsizliyinin 2 elementi üst-üstə düşür. Hər ikisində pozuntuya yol verəndə faciələr baş verir.

Sürətli hərəkət, intensiv və daimi nəqliyyat axını olan yollarda yolun hərəkət hissəsinə çıxmağa ehtiyac olan yer varsa, buna nəzarət etmək lazımdır. Nəzarət olmasa, insanların vurulma ehtimalı hər zaman yüksək olacaq.

Yaşayış zonaları və məhəllədaxili yollarda insan əməyindən istifadə etmək olar. Çünki bu zaman təhlükəsizlik mümkündür. Amma intensiv və sürətli nəqliyyat axınınıda təhlükəsizliyi təmin etmək olmur.

Çünki adamlar özlərini qoruya bilmirlər. Özünü qorusa da, işləyə bilməyəcək. Hər nəqliyyat vasitəsini nəzarətdə saxlamaq olmur. Təsadüfən mürgüləyən və yaxud telefonla danışıb yola nəzarət etməyən sürücü süpürgəçiləri vurur. Bu məsələyə yanaşma dəyişməlidir. Əməyin təhlükəsiz təşkili təmin olunmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu