Azərbaycanda karonavirus: 65 yoluxan, 54 sağalan, 2  ölü

Azərbaycan Respublikasında 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az -a verilən məlumata görə,
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu