Xalq artistləri arasında qalmaqal şiddətləndi: “Şeyx, məni öz tərəzinizlə ölçməyin!”

“Mən məzlumun harayına kar olan, zalımın xofuna kor olan biri deyiləm”

“İndi siz deyin, siz məni ilk dəfə filmdə oxutmusunuz, yoxsa mənim şöhrətim lazım idi sizin “diplom işiniz” üçün?”




Son günlər DTX-nın Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi illərdən qalıb, tozlanmış sirrlərini üstünü açdı. Sözün  əsl mənasında sandıq açıldı, pambıq töküldü. Bir çox sənətkar haqqının tapdanıldığını dilə gətirərək Mədəniyyət Nazirliyindən gileylənib. Onlardan biri də sevilən sənətkar, xalq artisti Flora Kərimovadır. Flora xanım rəsmi Feysbuk səhifəsində qalmaqallı bir status qələmə alıb və yazıda aktyor, xalq artisti Şeyx Əbdülə də müraciət edib:

 "Şeyx Əbdül, “Rüşvət alıb, ad veriblər” deyə açıqlama vermisiniz. Sizə də 2018-ci ildə xalq artisti adı verdilər. Sizdəndəmi rüşvət aldılar, aldılarsa, kim və nə qədər? "Adlarla" bağlı məsələdə rüşvət alıbn, ad verənləri ifşa edib, imza toplaya bilərdiniz. Bunu etmədiniz. Nazirlikdən o adın təsdiqlənməsinə kimi uzun bir zəncir var, bunu bilirsiniz. Bu məqamların Nazirlikdən  nə dərəcədə asılı olmağını da yaxşı anlayırsınız. Son imzaya kimi nə qədər imzalardan keçdiyini də hamıdan dəqiq bilirsiniz!"

Aktyor isə statusa şərhində belə ifadələr işlətmədiyini, Flora xanımın gündəmə gəlmək üçün yazdığını, hətta qalmaqallı illəri  üçün darıxdığını söyləyib. 

Şeyx Əbdülün sözlərinə xalq artistindən cavab gecikməyib."Sherg.az" xəbər verir ki, Flora xanım rəsmi Feysbuk səhifəsində aktyora sərt reaksiya verib:

"Əbdül, sizə həqiqətən hörmətim var idi. Sizi bir il yox, əlli ildir ki, tanıyıram. Mən nə yazmışam, siz nə cavab vermisiz. Sizin mənə “sən” deyə müraciətiniz və bu yazınız gözümü açdı. Buna görə çox sağ olun! Bu 50 ildə siz, deyəsən, heç məni tanımadınız.

Mən məzlumun harayına kar olan, zalımın xofuna kor olan biri deyiləm. Nazirdən qorxacağım yoxdur. General deyiləm ki, paqonumu sökələr, ev verməyiblər ki, əlimdən alalar. Ömrüm boyu heç kimə, heç nədə borclu olmamışam. Bunu bütün millətim bilir. Səhfləri olubsa, demişəm, haqlı olublarsa, tərəflərində durmuşam!  

Sənətkar Şeyx Əbdülün gündəmə gəlmək istəyir sözlərinə də münasibət bildirib:

 Gündəm? - siz düşünürsünüz ki, mənə gündəm lazımdır ? İndiyə kimi oxuduqlarımın bir notunu təkrar edən olmadı, on illərlə qadağalarım oldu, unudulmadım. Əgər gündəm lazım idisə, sizdən böyük fiqur tapa bilməzdim? Güldürməyin məni.  Bəli, qocalımışam. Nə yaşımdan, nə qırışlarımdan, nə də ağ saçımdan utanıram! Şükürlər olsun ki, Allah hələ ağlımı əlimdən almayıb. Lazım gələrsə, o ağlımla min ağzı yummağa qadirəm.  Sizin diplom işiniz 1970-ci il deyil, 1974-cü ildir. Mən 1962-ci ildə “Cavanşir” radio-tamaşasında (Mehdi Hüseynin), 1963-cü ildə “Böyük dayaq” filmində ( Həbib İsmayılovun) Fikrət Əmirovun mahnılarını oxumuşam. 1969-cu ildə Tofiq İsmayılovun “İntizar” filmində Fərəc Qarayevin, 1970-ci ildə Həsən Seyidbəylinin “ O qızı tapın” filmində Oqtay Kazıminin, 1972-ci ildə Şəfiqə Axundovanın “Gəlin qayası” operasını (radio-tamaşasını) oxumuşam! 1965-ci ildə opera səhnəsində Leyli olmuşam, 1968-ci ildə Muxtar Dadaşovun “Qanun naminə” filmində baş rolda çəkilmişəm! Hələ nə qədər Moskvanın sifarişi olan sənədli filmlər var, sadalamağa ehtiyac qalmır.

O illərdə siz hələ də tələbə idiz! İndi siz deyin, siz məni İlk dəfə filmdə oxutmusunuz, yoxsa mənim şöhrətim lazım idi sizin “diplom işiniz” üçün? Ayıbdır sadəcə!  Məni savadsızlıqda günahlandırırsınız, amma, görünür ki, özünüzün tarixi savada ehtiyacınız var.

  “Flora Dövlətin düşməni olub”- ay hay!!! Bu sözünüz, məhz bu cümləniz sizin içinizin, xəbisliyinizin, kimliyinizin göstəricisidir! Ümid edirsiz, bu xatırlatma sizi hədəfinizə çatdıracaq? İndiyə kimi rəhmət oxumadığım, ağlı başından uzaq olan birilərini xatırlatdınız! 
 
 Şükürlər olsun məni millətim tanıyır, məni hakimiyyət tanıyır, məni müxalifət tanıyır! Mənim yaltaqlığımı, mənim sürüşkənliyimi nə vaxt, harada, kimin ünvanında görmüsünüz? Dilinizə gətirdiyiniz o sözün mənasına vardınızmı? Düşünürsüz məni “yola vermək” mümkündürmü?! Çevrənizdə olan kimlərlə qarışdırırsız məni? Təhlükəli olub hansı dostumu satmışam, kimə xəyanət etmişəm? Bəlkə, sizinlə yol yoldaşı, silahdaş olmuşuq xəbərim yoxdu? Nə vaxt sizin “Əlinizi öpüb, bəy tərifi etmişəm? Heç sizin bəhrəsini gördüyünüz, mədh etdiklərinizin əlini öpməmişəm. Öpməyə, tərif eləməyə ünvanmı tanımıram, yoxsa necə yaltaxcasına o yolları gedənləri görmürəm?! 
   Əbdül Mahmudov, Mahmudbəyov, Şeyx Əbdül hansı ad sizə xoşdur, o cür də qəbul edin, amma məni öz tərəzinizlə ölçməyin!

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu