“Erməni nasizminin tarixi alman nasizmindən daha qədimdir”


“Faşist Almaniyasının həyata keçirdiyi cinayətlərin üslubu ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər  bir-birinin bənzəridir.
Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi məlum olub. Baş Nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib. Bu fakt ermənilərin façizm sevdası, faşistləri qəhrəmanlaşdırmaq təşəbbüsü heç də təsadüfi deyil.  Məhz bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı bu ölkənin mediasında yayılan məlumatlar ermənilərin faşistlərlə eyni ideologiyanı paylaşdıqları barədə məlumatlı olan kimsəni təəccübləndirməyib. 

Məsələni “Sherg.az”a şərh edən politoloq Elçin Mirzəbəyli  söyləyib ki, erməni nasizminin tarixi alman nasizmindən daha qədimdir:
Onun sözlərinə görə, faşist Almaniyasının əsir düşərgələrində günahsız insanlara qarşı həyata keçirilən cinayətlərin üslubu ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər  bir-birinin bənzəridir: 

"Bəlkə də araşdırılsa, Ermənistana ayrı-ayrı dövrlərdə rəhbərlik edən, yaxud bu ölkənin siyasi elitasında təmsil olunan şəxslərin böyük əksəriyyətinin babalarının İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etdiyi və ya terrorçu olduğu faktları da üzə çıxar. Nikol Paşinyanın onunla eyni adın daşıyıcısı olan babası ilə bağlı faktı da erməni mətbuatı aşkara çıxarıb. Faktın təkzib edilməsi məqsədi ilə göstərilən cəhdlər iflasa uğrayıb. Əslində İrəvanda faşist ideologiyasının daşıyıcısı və təbliğatçısı, qaniçən cəllad Qaregin Njdeyə abidə ucaldılması və buna qarşı Ermənistanda hər hansı etirazın baş verməməsi, bütövlükdə erməni cəmiyyətində faşizmə olan sevginin göstəricisi kimi də dəyərləndirilə bilər. Adamlar öz faşist babalarına Qaregin Njdenin timsalında abidə ucaldıblar”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu