“Erməni faşistlər bütün xalqlara, inanclara düşmən mövqedən çıxış edirlər”


“Paşinyanın münaqişə ilə bağlı sözləri onun da faşizm ideyalarından uzaq olmadığını göstərdi”


“Ermənilər İkinci Dünya Müharibəsində açıq formada faşist Almaniyası tərəfində vuruşurlar”.

Bunu “Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. 

Hüquq müdafiəçisi bildirib ki, almanların müharibənin gedişatında uduzduğunu görən erməni faşistləri cəld tərpənərək Rusiyanın himayəsi altına sığınmağa çalışdılar: 

“Ancaq erməni ideologiyası, onların təfəkküründə hər zaman faşizm, nasizm əsas ideoloji xətt olub. Birinci Qarabağ müharibəsi zamanı, Xocalı soyqırımı vaxtı Monte Melkonyan kimi cəlladların timsalında ermənilər hər zaman faşist əməlləri ortaya qoyublar. Hətta Ermənistanın konstitusiyasında da faşizm xarakterizə edən müəyyən elementlər var. Hətta düşmən ölkənin qanunvericiliyində faşist Qaregin Njdenin ifadələri, düşüncələri öz əksini tapıb. Əslində bu idelogiya erməni kilsəsinin dəsti-xəttinə uyğun bir fəlsəfədir. Erməni faşistlər özlərindən başqa bütün xalqlara, millətlərə, inanclara qarşı düşmən mövqedən çıxış edirlər. Hər il Tel-Əvivdə pasxa bayramı zamanı erməni və yəhudi rahibləri arasında bu səbəbdən ciddi qarşıdurma yaşanır. Nikol Paşinyanın da hakimiyyətə gəlişindən sonra ifrat şovinist çıxışları, faşist düşüncəsini əks etdirən fikirlər səsləndirməsi, münaqişə ilə bağlı sözləri onun da faşizm ideyalarından uzaq olmadığını göstərdi. Ermənilərin və diasporanın onu dəstəkləməsi də toplumun ruhundakı faşist meyllərdən qaynaqlanır. Bu da erməni cəmiyyətinin xəstə təfəkküründən irəli gəlir”. 

Ə.Şahidova görə, əsas məqsədimiz, hədəfimiz təkcə Ermənistan hakimiyyətinin deyil, erməni diasporasının da faşizm üzərində kökləndiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olmalıdır: 

“Qərb dünyasında yayılmaqda olan erməni yalanlarını ifşa etməliyik. Erməni faşizminin geniş yayılmasına, dünyaya ayaq açmasına imkan verməməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu