“Karantin rejimi yenidən ciddiləşməlidir”

“Bu ciddiləşmə vətəndaşlardan tibbi maskaların geyinməsi, şəxsi gigyenik qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsindən ibarət olmalıdır” 

“Bəzi məsuliyyətsiz vətəndaşlar karantinin tələblərinə əməl etmirlər” 



Koronavirus pandemiyasına ilk yoluxma halı fevral ayının sonunda aşkarlansa da, xeyli müddət birrəqəmli artım sayı ilə müşayiət olunan vəziyyət son dövrlərdə ikirəqəmli hətta bir çox hallarda üçrəqəmliyə keçib.

 Məhz bu səbəbdən  yoluxma hallarının artım səbəbləri ilə bağlı müəyyən mülahizələr irəli sürülməkdədir. İnsanları daha çox narahat edən isə yoluxma halları ilə bağlı statistikadakı  artım  dinamikasıdır. 

 Son günlərdə ölkəmizdə koronavirusa yoluxma dinamikasının artmasını təəssüflə qeyd edən  millət vəkili Azər Badamov  "Sherg.az"a açıqlamasında artımın  karantin rejiminin yumşaldılmasından sonra baş verdiyini  xüsusi vurğulayıb: 

"Karantin rejiminin yumşaldılması insanların arasında təmasın artmasına gətirib çıxarıb. Təbii ki, bəzi məsuliyyətsiz vətəndaşlar karantinin tələblərinə əməl etmirlər. 

İctimai yerlərdə tibbi maskadan istifadə etməməklə həm özləri yoluxurlar, həm də sağlam insanları üçün təhlükə mənbəyinə çevrilirlər və dünən də yoluxanların sayının 158 nəfərə çatması da bununla əlaqdardır. 

Hal hazırda COVİD-19-a ölkədə regionlar üzrə yoluxma dinamikasına diqqət yetirsək, əsas yoluxmaların genişləndiyi yerləri hazırda karantin şərtləri qüvvədə qalmış şəhərlərin olduğunu görərik. 

Burada rayonların payı çox cüzidir və bu günün göstəriciləri onu deməyimizə imkan verir ki, karantin rejiminin qaydalarında məhdudiyyətlər qoyulmuş həmin şəhərlərdə rejim yenidən ciddiləşməlidir.

 Bu ciddiləşmə vətəndaşlardan tibbi maskaların geyinməsi, şəxsi gigyenik qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsindən ibarət olmalıdır. 

Bölgələrdə isə yenidən növbəti karantin rejimin  elan olunmasına ehtiyac görmürəm. Sadəcə mövcud karantin rejimin tələblərinin icrası rayon və ya şəhər olmasından asıllı olmayaraq bütün ölkədə tələb olunmalıdır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu