Tələbədən dövlət başçısına məktub: “Xalqımıza böyük qayğı və dəstəyinizin şahidi olduq”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Ağsu rayonunun Bənəcik kəndindən tələbə Qurban Babazadə ölkə başçısına məktubunda qeyd edir: 

“Möhtərəm cənab Prezident, Planetimizi cənginə alan koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadiyyatı dərin böhran və çətinliklə üzləşib. Lakin Sizin verdiyiniz göstərişlər nəticəsində ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu.

Cənab Prezident, Sizin uğurlu siyasətinizin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin şahidi olduq. Allah Sizi qorusun! Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzu edirik”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu