Məcburi köçkünlər ölkə liderinə yazırlar: “Sizin yolunuzla ona görə gedirik ki, bu yolda tərəqqi var”


Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Qubadlı rayonundan olan məcburi köçkünlər Dilarə Aydınova və Cavid Almuradov dövlət rəhbərinə yazırlar: 

“Möhtərəm cənab Prezident, məcburi köçkünlər Sizə duaçıdırlar. Həm sosial problemlərimizin həllinə, həm də pandemiya dövründə az itki verdiyimizə görə Sizə təşəkkür edirik.
Biz, Qubadlıdan olan məcburi köçkünlər Sizi və ailə üzvlərinizi özümüzə ən yaxın insanlar bilib həmişə dəstəkləmişik. Sizin yolunuzla ona görə gedirik ki, bu yolda inkişaf, tərəqqi var.
Sizin pandemiya ilə əlaqədar xalqa müraciətləriniz bizim üçün müstəsna rol oynadı. Dəyərli tövsiyələr, həmrəyliyə çağırış bizim bu xəstəliklə layiqli mübarizə aparmağımıza zəmin yaratdı. Sizə bir daha təşəkkür edirik, cənab Prezident”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu