Ekspert jurnalistlə razılaşmır: “Əsas olan doğrunu axtarmaqdır”

“Təklif edirəm ki, televiziyalarda aparıcılar üçün hər gün 1 saat Azərbaycan dili kursu təşkil edilsin və onlara Azərbaycan dilinin qrammatikası, sözlərin işlədilməsi öyrədilsin. Kursa gəlmək məcburi olsun”.
Bunları “Xalq qəzeti”nin əməkdaşı, jurnalist Əliqismət Bədəlov özünün “Facebook” səhifəsində yazıb. O, bunun vacib olduğunu düşünür: “Hər ayın tamamında ana dilindən imtahan keçirilsin. Bəlkə bundan sonra "bir nömrəli aparıcılar"ın Əməkdar jurnalistin, Əməkdar mədəniyyət işçisinin "sizlər", bizlər", " "yapma ya", "doktorum" və digər dilimizə yabançı sözlərindən canımız qurtarar”. 
 
Təklifi “Sherg.az”a şərh edən media eksperti Zeynal Məmmədli bunu məqsədəuyğun hesab etmir: 

“Xoşniyyətli, amma diletant, işə nabələd adamın təklifidir. Qrammatikanın və ya “doktorum” tipli xitabların aparıcı mədəniyyətinə nə dəxli var? Təbii ki, hazırlıq və təhsil olmalıdır. Amma aparıcılıqdan öncə. Sonra da təkmilləşmə kursları keçirilə bilər. Əliqismət Bədəlovun dediyi kimi, məcburi kurs və imtahanlar effektli nəticə verməz. Axı aparıcılıq təkcə nitq deyil. Bədən dili, qılıq, personifikasiya, yəni başqalarından fərqlənmə dərəcəsi, şəxsiyyət olaraq bəyənilmə də mühüm amillərdir. İnsan kəkələyə də , hər hansı sözü fərqli söyləyə də bilər.  Əsas odur, yalan danışmasın, doğrunu axtarsın, örnək keyfiyyətlərə sahib olsun, sevilsin”.                                                                                                           

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu