“Trampın məktubu Azərbaycanın beynəlxalq nüfuzunun ifadəsi və sübutudur”

“Dünyanın bir nömrəli dövləti heç vaxt zəif ölkəylə münasibət qurmaz. ABŞ artıq başa düşür ki, Azərbaycan istər Qafqazda, istərsə regionda olan ən qüdrətli, aparıcı və dayanıqlı ölkələrdən biri, bəlkə də birincisidir”. 
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. 
Parlamentari qeyd edib ki, Donald Tramp yazdığı məktubda ölkəmizə və cənab Prezidentə öz hörmətini bildirdi:

“Bu məktub tək diplomatik addım deyildi. ABŞ liderinin ölkəmizə dərin ehtiram göstərdiyi açıq-aydın bəllidir. Azərbaycan Amerika üçün bir çox dövlətlər baxımından əhəmiyyət kəsb edir. Trampın məktubu sadəcə təbrik məktubu deyil, ölkəmizin təhlükəsizliyinə, inkişafına, dünya ölkələri arasında güclü lider kimi qəbul edilən bir şəxsə ünvanlanmış, bir çox konkret mesajlar ifadə edilən müraciət kimi xarakterizə olunur. Həmin məktub Azərbaycanın beynəlxalq nüfuzunun ifadəsi, birbaşa sübutudur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 28 May Respublika Günü ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Trampın məktubu Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlayır. ABŞ Prezidenti məktubunda bir sıra mühüm məqamlara toxunub. Həmin məqamlardan biri Azərbaycan-ABŞ əməkdaşlığının yüksək səviyyədə olmasıdır. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu