“Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq”

“Maksimum qədər çalışmalıyıq ki, gigiyenik qaydalara əməl edək, gərəksiz ünsiyyətlərdən uzaq duraq”





“İnsanların sosial izolyasiya tədbirlərinə əməl etməsi vacibdir. Düzdür, cəmiyyətimizi də başa düşmək lazımdır. Nəzərə alsaq ki, insanların fikirləri müxtəlifdir. Ona görə də koronavirusla bağlı problemin qarşısını almaq üçün nəzərdə tutulan tədbirlər hər kəsə bir cür təsir göstərə bilər”.

Bu fikirləri  “Sherg.az”a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, insanların psixologiyası fərqlidir və psixoloji vəziyyətə uyğun olaraq onların reaksiyası müxtəlifdir:

“Dövlətimiz üzərinə düşən bütün işləri görür. Ailədə bir neçə insanı idarə etmək çətindir, qaldı ki, bu qədər kütlənin idarə edilməsi. Pandemiya ilə əlaqədar həmfikir olmalıyıq. İnsanlar karantinlə bağlı evdədir.



Maddi və psixoloji problemləri yaranıb. Karantinin elanı qəfil oldu, insanların işləri yarımçıq qaldı. Mövcud durum və təzyiqlərin olması insanların psixologiyalarında müəyyən çətinliklər yaratdı. Amma heç nə etmək olmaz. Dəfələrlə çıxışlarımda demişəm ki, hər bir mənfidən müsbət nəticə gözləmək lazımdır.

Müsbət nəticələri də yaratmaq bizim əlimizdədir. Artıq karantinlə bağlı müəyyən yumşalmalar olub, amma özümüzə qoyduğumuz qadağaları sərtləşdirməliyik. Bəzi insanlar var ki, qadağalar olduğu zaman başqa yollara əl atırlar, hər kəs qadağaları pozmağa çalışır. Təəssüf ki, hələ də xəstəliyin olmadığına inananlar var. Virusu əyləncəyə çevirənlər də mövcuddur.

Karantin yumşaldılsa da, maksimum qədər çalışmalıyıq ki, gigiyenik qaydalara əməl edək, gərəksiz ünsiyyətlərdən uzaq duraq. Özümüz-özümüzə qadağalar qoymalıyıq.

Yoxsa vəziyyətdən tam çıxış yolu tapa bilmərik. Baş verənlər bir dalğa kimidir və ötüb keçəcək. Amma istər psixologiyamızda, istərsə də insanların itirilməsində öz izlərini buraxacaq. Hər kəs yaxınını, həyatını  itirə bilər. Fikrimcə, insanlar bunu düşünüb davranışlarına diqqət etməlidirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu