“Millətdə təslimçilik ruhu yaratmaq istəyirlər” – Şairin iradı dəstəkləndi  

“Yaxın zamanda Qarabağa qayıtmasaq, o da Zəngəzurun taleyini yaşayacaq. Nəsillər dəyişdikcə, tədricən unudulacaq”



“Biri yazıb, "şəxsən mən Qarabağın qayıtmağına inanmıram". Buna oxşar açıqlamalara tez-tez rast gəlirik. İnamı ölmək, ümidi ölmək təbii şeylərdir, həyatda belə şeylər olur. Ancaq, yaxşı olar, inamı ölənlər, ümidi qırılanlar sussun, bu zərərli toxumu ətrafa səpələməsin, özü ilə bərabər inamı çezmişlər ordusu yaratmasın. Həyatda bir çox şeylər inananda olur, inanmayanda olmur”-Bu sözləri şair, jurnalist Rasim Qaraca özünün “Facebook” səhifəsində yazıb. Necə deyərlər, sonuncu ölən ümidlərdir.

Şair Rüstəm Behrudi də “Sherg.az”a açıqlamasında Rasim Qaracanı dəstəkləyib: 

“Azərbaycanlılarda təslimçilik ruhu yaratmaq istəyirlər. Buna yol verməz olmaz. Bu gün Ermənistanın baş naziri Şuşada çıxış edərək deyib: “Qeyrətli xalq müharibədə itirdiyi torpaqları sülh yolu ilə dilənməz. Azərbaycan torpaqlarını istəyir, buyursun, savaşsın bizimlə. Amma inanmıram, onların buna cəsarəti çata”. Bu ifadələr mənə çox təsir etdi. Əlbəttə, əgər Azərbaycan XİN-i etiraz notası vermirsə, kəskin reaksiyasını göstərmirsə, insanlarda ümidsizlik yaranacaq”. 

R. Behrudi işğal altında olan torpaqlarımıza qayıdacağımıza inanır:

“Qarabağ 30 ilə yaxındır ki, tapdaq altındadır. Ermənilər orada yaşayış evləri tikir, yol çəkirlər. Deməli, Şuşadan, Laçından...çıxmaq fikirləri yoxdur. Biz buna göz yuma bilmərik. Əksinə, insanları mübarizəyə çağırmaq lazımdır. Şairlər, yazıçılar insanlarda mübarizə ruhunun ölməyinə icazə verməməlidir. Əgər yaxın zamanda Qarabağa qayıtmasaq, o da Zəngəzurun taleyini yaşayacaq. Nəsillər dəyişdikcə, tədricən unudulacaq. Ona görə hökumət səviyyəsində çox ciddi addımlar atılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu