Liderə minnətdarlıq: “Hər addımınız demokratik və humanist ideyalara söykənir” 

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Gəncə şəhərinin sakini Səbinə Əlizadənin dövlət rəhbərinə məktubunda qeyd olunur:

 “Əziz Prezidentimiz, mən bir təhsil işçisi olaraq apardığınız uğurlu siyasəti yaxından izləyir və tam dəstəkləyirəm. Son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələrlə əlaqədar Sizin təəssübkeşliyinizdən və fədakarlığınızdan qürur hissi duyuram. Koronavirusa qarşı vaxtında həyata keçirdiyiniz profilaktik tədbirlərin səmərəsini və müsbət nəticələrini hamımız görürük. Sizin istər siyasi, istərsə də sosial sahədə atdığınız hər addımınız demokratik və humanist ideyalara söykənir. Əziz Prezidentimiz, tarix hər zaman öz liderlərini yetişdirir. Siz müstəqilliyimizi, rifahımızı bizə bəxş edən dahi liderimizin xalqımıza miras qoyduğu siyasətin ən uğurlu və layiqli davamçısısınız. Biz Sizi hər zaman dəstəkləyirik və Sizə inanırıq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu