Şəhid övladından Ali Baş Komandana: “Sizin necə güclü lider olduğunuz dünyaya bir daha sübut olundu” 

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Vüsal Əmirlinin məktubunda deyilir: 
“Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) xəstəliyi dünyada hələ pandemiya elan edilməmişdən əvvəl epidemiyanın geniş vüsət alacağını uzaqgörənliklə düşünərək başda səhiyyə sahəsi olmaqla, bütün qurumları səfərbər etməyiniz, xalqımızı bu xəstəlikdən qorumaq üçün atdığınız addımlar, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ayırdığınız böyük vəsaitlər Sizin necə güclü lider olduğunuzu dünyaya bir daha sübut etdi. Dünyanın üzləşdiyi bu çətin dövrdə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə on minlərlə ailəyə etdiyi yardımlar bütün xalqın sizlərə olan rəğbətini daha da artırdı. Cənab Prezident, bir şəhid övladı olaraq Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, təşəkkür edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu