Bərdədən Prezidentə yazırlar: “Atdığınız qətiyyətli və humanist addımlar öz bəhrəsini verəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Bərdə rayon sakinləri Sənubər Nəcəfova, Nüsrət Məmmədov, İsmət Hacıyev və Səfiyar Nayıbov ölkə başçısına yazırlar: 
“Hörmətli cənab Prezident, Sizin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı imzaladığınız sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsinə dair dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik. Vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminik. Cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Bərdə rayonunun sakinləri adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz bəhrəsini verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu