Prezidentə məktub: “Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.

Biləsuvar rayonunun Ağayrı kəndindən Əlifağa Haxverdiyev Prezidentə yazır: 

“Hörmətli cənab Prezident, xalqımızın bu çətin və ağır günlərində Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin göstərişinizlə aztəminatlı ailələrə yardımın verilməsi çox humanist bir qərardır. Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki, yaşadığım kəndin sakinləri adından Sizə və ailənizə təşəkkürümü çatdırım. Mən və ailəm hər gün namazda Sizə dua edirik. Allah Sizə hər zaman cansağlığı qismət etsin, bəla görməyəsiniz. Cənab Prezident, Ulu Tanrı bütün işlərinizdə Sizə yardımçı olsun. Sizin hər bir uğurlu işinizə ürəkdən sevinirik”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu