Deputat:“Ermənilər hər zaman faşizm və faşistlərə xidmət edib”

“Bu nəinki  ikinci dünya müharibəsində, Ermənistanın bu gün yeritdiyi  faşizm siyasətində də özünü göstərir”


Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi məlum olub. Baş Nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib. Bu fakt ermənilərin façizm sevdası, faşistləri qəhrəmanlaşdırmaq təşəbbüsü heç də təsadüfi deyil.  Məhz bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı bu ölkənin mediasında yayılan məlumatlar ermənilərin faşistlərlə eyni ideologiyanı paylaşdıqları barədə məlumatlı olan kimsəni təəccübləndirməyib. 

Millət vəkili Azər Badamovun sözlərinə görə,  dünya faşizmə qarşı yönəldiyi bir dövrdə faşizmin təbliği yolverilməz olsa da, ermənilər məqsədli şəkildə  faşizmi qəhrəmanlaşdırırlar. Ermənilərin  həmişə faşizmə və faşistlərə xidmət etdiyini vurğulayan millət vəkili deyib ki, bu nəinki  ikinci dünya müharibəsində, Ermənistanın bu gün yeritdiyi  faşizm siyasətində də özünü göstərir.  Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyinə dair yayılan məlumatlar da bunu təsdiq edir:

"Nikol Paşinyanın babası erməni legionunun tərkibində SSRİ-yə qarşı döyüşüb.  Artıq dünya  da gördü ki, ermənilərin məqsədi hansı istiqamətə xidmət edir. Ölkə siyasətinin faşizm üzərində qurulduğu artıq müəyyən olunub. Qondarma “prezident seçkiləri”nin keçirilməsi də dünya tərəfindən qınaq obyektinə çevrildi. Ermənistan siyasəti faşizm üzərində qurulduğu üçün o ölkənin daxilində nə sabitlikdən, nə də inkişafdan söhbət gedə bilməz. Necə ki, 1941-45-ci ildə Adolf Hitlerin faşizm siyasəti dünyada məhv oldu, Ermənistan da bu siyasətinə görə gələcəkdə məhv olma təhlükəsi qarşısındadır. Nikolay Vartanoviç Paşinyan faşistlərin tərkibində xüsusi legionda döyüşüb. O vaxtlar qeyd olunurdu ki, kim alman faşizminə xidmət edirsə o, Ermənistana xidmət etmiş kimidir”.

A. Badamovun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanması belə faşizmin bugünkü nümunəsidir. Torpaqlarımızdan azərbaycanlıların çıxarılması və insanlıq çərçivəsinə sığmayan addımların atılmasını ancaq faşizmin əyani təzahürü kimi qeyd etmək olar. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu