Məcburi köçkündən liderə məktub: “Siz həmişə xalqın yanında olmusunuz”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.
Zəngilan rayonundan məcburi köçkün Bəxtiyar Həsənov dövlət rəhbərinə məktubunda qeyd edir: 
 “Hörmətli cənab Prezident, bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz xalqımızı bu xəstəlikdən qorudu. Hamımız gördük ki, Siz gecə və gündüz yorulmadan çalışdınız, bütün gücləri səfərbər etdiniz, “Biz birlikdə güclüyük!” çağırışı etdiniz. Bu tədbirlər sayəsində ölkəmizdə koronavirusdan itkilər o qədər də çox olmadı. Cənab Prezident, Siz həmişə Azərbaycan xalqının yanında olmusunuz, onun sosial vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait yaratmısınız. Bu dəfə də Sizin uzaqgörən siyasətiniz sayəsində bu bəladan alnıaçıq çıxacağıq. Biz, məcburi köçkünlər həmişə Sizin yanınızdayıq və bizim üçün yaradılan şəraitə görə Sizə minnətdarıq. Pandemiya vaxtında görülən bütün işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu