Məktəblidən Prezidentə minnətdarlıq: "Bu çətin dövrdə hər bir vətəndaşa ayrı-ayrılıqda diqqət göstərdiniz” 


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.

Cəbrayıl rayonundan olan 7-ci sinif şagirdi Ləman Həşimova ölkə başçısına məktubunda yazır: 

“Möhtərəm cənab Prezident, mən bu məktubu Sizə yazmaq üçün çox fikirləşdim. Hansı sözlərdən istifadə edəcəyim, cümlələrimi necə quracağım haqqında çox düşündüm. Amma sonda anladım ki, mənim Sizə olan minnətdarlığımı heç bir söz, heç cümlə tam izah edə bilməz. Bu dəqiqə dünyanın bütün ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Sizin sayənizdə Azərbaycan bu mübarizə kitabının səhifələrində adını qızıl hərflərlə yazacaq. Vaxtında verdiyiniz qərarlar nəticəsində indi Azərbaycan xalqının üzündən təbəssüm əskik olmur. Siz bu çətin dövrdə hər bir vətəndaşa ayrı-ayrılıqda diqqət göstərdiniz. Çox sağ olun. Allah Sizin kölgənizi başımızın üzərindən əskik etməsin!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu