Qələbənin azərbaycanlı qəhrəmanları... - Fotolar


II Dünya müharibəsinin başa çatmasından 75 il ötür. Bu gün də həmin dəhşətli günlərin xatirələri, itkinlərin nisgilləri qəlblərdə yaşayır. II Dünya müharibəsində itkin düşənlərin həyat hekayələri yaddaşlarda yaşayır, onlar haqda ən kiçik xəbər belə böyük ümidin işıltısı kimi görünür. “Bəlkə sağdır”, “Bəlkə haradasa, uzaq bir ölkədə özü də olmasa təsəlli ola biləcək yadigarı var” kimi suallar düşüncələrdə dolaşır. Böyük Vətən Müharibəsinə Azərbaycandan 640 min nəfər qatılıb. Onların yarısı geri qayıtmayıb. Bu gün də vaxtilə SSR-yə daxil olan respublikalardan II Dünya müharibəsində itkin düşənlərlə   bağlı xəbərlər gəlməkdədir. Azərbaycandan səfərbər olunaraq düşmənlə döyüşlərə göndərilən, lakin öldü-qaldısı bilinməyən insanlar əksər ailələrdə var. Onların 300 mindən çoxu geri qayıtmayıb. Ötən illərdə müharibə getmiş ölkələrdə həlak olmuş azərbaycanlı oğullardan bəzilərinin qəbirləri də tapılıb. II Dünya müharibəsində Moldova Respublikası ərazində həlak olmuş və itkin düşmüş sayılan 206 nəfər azərbaycanlı döyüşçünün dəfn olunduğu yer aşkarlanıb. Bundan başqa, Slovakiya ərazisində həlak olmuş, aldığı yaralardan dünyasını dəyişmiş və burada dəfn edilmiş 63 min 382 sovet hərbçisi arasında 281 azərbaycanlının olduğu müəyyənləşmişdi.

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.  1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna tor¬paqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi. Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!"Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941 -ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi. İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi iə İkinci müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları trəfindən xilaskar, ədalətli Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Olenburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".

Azərbaycanda II dunya müharibəsinə 3,4 mln əhalidən (1941-ci il) 681 min nəfər cəbhəyə göndərilmişdi (onlardan 10 mindən artıq qadınlar idi), 250 min Azərbaycan əsgəri həlak olmuşdu. Arxiv fondlarında 1941-1945-ci illərdə Qızıl ordu sıralarında çağırılanların sayı haqqında sənədli məlumatlar qorunub saxlanmaqdadır. Bəzi məlumatlara görə, müharibə illərində əsir düşənlərin 50 min nəfərini təkcə azərbaycanlılar təşkil edirdi (əsir düşən əsgər və zabitlərin ümumi sayı - 5 mln. nəfərdən çox idi). Əsir düşənlərin çoxu sonradan və¬tənə qayıtmadı. 400 mindən artıq Azərbaycanlı hərbi orden və medallar ilə təltif olundu - 14 döyüşçü - Şərəf ordeni ilə, 123 isə - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycanın ərazisində 87 batalyon, 1123 müdafiə dəstələri, 77- ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli piyada diviziyaları təşkil olunmuş və Qafqazdan Baltik yanı ölkələrə qədər, Şərqi Avropadan Berlinə qədər döyüş yolu keçmişlər.

Məlumdur ki, müharibə illərində əsasən Azərbaycan cəbhəni neft və neft məhsulları ilə əsas təhciz edirdi. Bu dövrdə Bakıda neft hasilatı əvvəlki illərə nisbətən qat-qat artırılmışdı. Müharibənin birinci ilində Bakı şəhəri ölkəyə 23,5 mln.t neft və 2,6 mln. kub. m təbii qaz verdi. Bu Bakı mədənlərinin xammal istehsalında bu vaxta qədər göstərdiyi ən yüksək göstərici idi. 1942-ci ildə döyüşlər Qafqaz ərazisində getdiyi səbəbindən Bakıda neft quyularının yarısı müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar açılmadı. Bundan başqa istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz də-miryolu və Volqa çayı ilə daşımaq mümkün deyildi, çünki bu kommunikasiyalar hərbi əməliyyatlar getdiyi ərazilərdən keçirdi. Tezliklə çıxış yolu tapıldı: neft məhsulları «yer ambarlarına» və Zığ, Masazır və b. göllərə dolduruldu. Sonra onlar Xəzər dənizi ilə nəql olunurdu. Yüksək keyfiyətli xammal istehsal edən Bakı neftçilərinin vəkimyaçı-alimlərin Yusif Məmmədəliyev başda olmaqla əsas səyləri aviasiya yanacağının və yüksək oktanlı benzinin, eləcə də sürtkü yağlarının alınmasına yönəldilmişdir. Müharibə illərində respublikada silah istehsal olunub: təkcə Bakıda 130 növdən çox silah və döyüş sursatı istehsal olunurdu. Respublika vətəndaşları şəxsi əmanətlərindən müdafiyə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 mln. manat pul vermişdi, 125 vaqon isti paltar göndərilmişdir. Arxivdə Azərbaycanın cəbhəyə köməyi, müdafiyə fondunun maddi gəliri haqqında sənədli materiallar mühafizə olunur. 440 mindən artıq yaralı müharibə illərində respublikada köçürmə hərbi qospitallarından keçmişdir. Artıq müharibənin ilk günlərində 5 min çarpayılıq 5 hərbi qospital fəaliyyətə başlamışdı. Azərbaycanın şanlı oğulları partizan dəstələrində vuruşmaqla yanaşı, həm də Avropa ölkələri ərazisində Müqavimət hərakatında iştirak etmişdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə çıxış edərək demişdir: «Böyük Vətən müharibəsinə verilmiş qurbanlar, o cümlədən Azərbaycan xalqının verdiyi qurbanlar və igid oğulların mərdliyi bu- günki gənc nəslə və gələcək nəsillərə nümunədir». Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltikarespublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar.1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiə¬sinə görə" medalı ilə təltif edilmişdir. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məm- mədrəsul Paşayev, kiçik leytenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olmuşdur.

Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın və 1943-cü ildə Ukraynanın azad edilməsi uğnrunda döyüşlərdə fəal iştirak etmiş və nasist ordusunun darmadağın edilməsində sovet silahlı qüvvələrinə yaxından köməklik göstərmişdilər. Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F. Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı veril-mişdi.İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və on¬lar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Simferopol şəhəri düşməndən azad edildikdən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya "Simferopol diviziyası" fəxri adı verildi. Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər. Həmin əməliyyatlarda 77-ci milli diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayıl İbrahimov xüsusilə fərqləndi.

416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58- ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, "Taqanroq diviziyası" adına layiq görüldü. 1943-cü ilin iyulundan sonra diviziyaya general mayor Heybət Heybətov komandanlıq etmişdir. Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bildi.Diviziyanın 1368-ci atıcı alayı Qırmızı Bayraq ordeni, 1054-cü topçu alayı Suvorov ordeni, 444-cü əlahiddə topçu divizionu Boqdan Xmelnitski ordeni, 348-ci əlahiddə sanitar batalyonu Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların istifadəsində olan çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi. 416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Diviziya 1945-ci ilin fevral ayının   3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu. May ayının 3-də marşal Georgi Jukov başda olmaqla birinci Belorussiya cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər.Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Diviziyanın özü Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni ilə təltif edilmişdir, onun qələbələri şərəfinə Taqanroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə ansamblı yaradılmışdır, Taqanroqda, Kiyevdə, Nikolayev və Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilmişdir.

Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqo-slaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.

1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və Baltikyanı Respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər.
1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. 1941 -ci ildə müharibənin ilk dörd ayı ərzində respublikamızın süqutuna, xalqımızın sürgün edilməsinə iki dəfə cəhd edilmişdi.Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ ke¬çirməsək müharibəni uduzacağıq". Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən "Krasnaya zvezda" qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: "Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942- ci ilin payızında Moskvanın müdafiəsi ilə müqaisə etmək olar".

İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ- də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".

Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü. 1941-1945- ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

Ulu Önder Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq- Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə - Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".

İndiki nəsil o qanlı-qadalı illərdə baş verən hadisələr barədə daha dolğun və obyektiv məlumat almağa ehtiyac duyur.Müharibənin başlıca yekunları və dərsləri problemini, Azərbaycan xalqının müharibələrdə iştirakı məsələsini açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.İkinci cahan müharibəsinin tarixinə müraciət etmək xüsusilə ona görə aktualdır ki, hazırda beynəlxalq vəziyyət daha da mürəkkəbləşmişdir, həm də dünyada elə qüvvələr var ki, alman faşizminin təcavüzünə bəraət qazandırmağa cəhd göstərirlər.

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi.Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.
Onlardan biri də faşizmə qarşı müharibədə rəşadətlə vuruşmuş və öz canını Vətən uğrunda fəda etmiş Tovuzun Əlibəyli kəndinin sakini Qəribov Ənvər Qərib oğlu olmuşdur.
Qəribov Ənvər Qərib oğlu 1918-cı ildə Tovuz rayonun Əlibəyli kəndində anadan olmuşdur. O, gənc yaşlarında yaşadığı rayonda seçilən gənclərdən biri olmuşdur. Daim ürəyində Vətənə olan sevgisi özünü zaman-zaman göstərmişdir. O, 1941 -ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ənvərin döyüş yolu Ukraynadan başlamışdır.Döyüşlərdə göstərdiyi şücaəti və bacarığı ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmışdır.Onun cəbhədəki döyüş taleyinə əsirlik düşsə də, 1949- cu ilədək yaşaması haqda məktubları sübut etmişdir.Məlumdur ki, müharibədə alman ordusuna əsir düşüb,geri alınan sovet əsgerleri Stalinin göstərişi ilə Sibirə sürgün edilirdi.Müharibə başlayan kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRI hərbi qüvvələrinin Ali Baş komandanı oldu. Ali Baş Komandanın Qərərgahının 16 avqust 1941-ci il tarixli 270 saylı əmrində deyilirdi: «Döyüş zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxarmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı fərari hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış fərarilərin ailəsi kimi həbs edilsin.»Mühasirədən çıxmış və ya əsirlikdən qayıtmış sovet əsgərləri filtirasiya düşərgələrinə göndərilir, orada düşmən tərəfindən əməkdaşlığa cəlb olunub-olunmamaları yoxlanılır, bundan sonra bir qayda olaraq böyük əksəriyyəti yenidən orduya qaytarılırdılar.Müharibədən sonra alman həbs düşərgələrindən azad olmuş bütün sovet əsgərləri XDIK (NKVD)-in yoxlanışından keçirilirdilər.Onların bir hissəsi alman faşistləri ilə əməkdaşlıq etdiklərinə görə həbs və məhkum olunmuşdur.Bu amansiz qərar minlərlə igid oğulların Sibir “soyuqlarında” məhv olmasına gətirib cıxarmışdı.Cox təsirli olsa da, Qəribov Ənvər Qərib oğlunun indiyədək ailəsi tərəfindən qorunub saxlanılan iki məktubunu təqdim etmək istəyirəm.Bu məktublar bizim Azərbaycan övladlarının nece qətiyyətli, əzabkeş, vətənə sadiq şexslər olğunu bir daha sübut edir.
1948-cu il yanvar.İrkutsk vilayəti.Suxovskoe kəndi.


Anaya ünvanlanan məktubda Ənvər, ailə üzvlərinin halını soruşüur. Hamıya salam göndərir. Xahiş edir ki, qardaşları kağız, bir az pul, alma, yağ, corab, əlcək, un, tütün gındırsinlər. Dəfələrlə vurğulayir ki, havalar cox soyuqdur və burada kağız tapılmır.
İkinci məktub. 1949-cu il 2 fevral tarixli məktub böyük qardaşı Çobana unvanlanıb. Məktubda Ənvər aliəsindən cavab məktubu aldığı üçün cox sevindiyini yazır. Qardaşları Misirin, Xamoyun, Cəlalın tək bacısı olan Zərnənin və gəlinlərin əhvalını xəbər alır. Lakin bildirir ki,onların göndırdiyi qutunu hələ almayib. Məktubda yenə, ona un, alma,kağız, pul göndırilməsini xahiş edir.

Bu Ənvərin sonuncu məktubu olur.Bu iki məktub sübüt edir ki inzibati amirlik metodu Vətənimizin igid oğullarının günahsiz yere Sibirde məhvinə səbəb olub.Minlərlə əsir düşüb geri - Vətənə qayıdan əsgərlər Stalin “düşüncəsinin” qurbanları olub və bu haqda hətta məktublarda qeyd etmək yasaq olub.
Ənvərin məkyublarında hallarını xə¬bər aldığı qardaşları-Misir və Xamoy 1941-ci ildən müharibəyə getmişdilər.Ənvər isə bunları bilmirdi.
İndi isə Ənvərin muharibədən qayitmayan özündən kiçik Misir qardaşının məktubunu təqdim edirik.İstəkli ana məktubu. Məktub 1943-cü il,iyul 14-də ailəyə catmişdır.Məktubda Misir bütün ailə üzvlərinə Cəlala, Zərnəyə, Xamoya, İbrahimə, Kərimə, Ələkbərə, gə- linlərə və istəyən dostlara salam göndərir və bildirir ki, yaralanmışam, Sumqayitdayam, imkan olsa Cəlal gəlsin görüşək. Bu Misirin sonuncu məktubu olur. Beləliklə, bizim Məmmədovalar ailəsindən 4 nəfər, Atam Məmmədov Cəlal Qərib oğlu, əmilərim Qəribov Ənvər Qərib oğlu, Mməmmədov Misir Qərib oğlu, Məmmədov Xamoy Qərib oğlu Vətən müharibəsinin iştirakçıları olmuşlar, lakin müharibə bitdikdən sonra yalnız əmim Məmmədov Xamoy Qərib oğlu və atam Məmmədov Cəlal Qərib oğlu cəbhədən qayıtmışlar. Qardaşlardan 1941-cü il, 1948-ci il, 1949-cu illərdə gələn bu məktubları da atam Məmmədov Cəlal ömrünün sonuna kimi qoruyub saxlamışdır. 1973-cü ildən bu illərə qədər həmin məktublara mərhum anam Məmmədova Pəri Cəfər qızı sahib çıxmışdır.
II Dünya müharibəsindən xeyli zaman ötsə də, onun ağrı-acıları hələ yaddaşlardan silinməmişdir.Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Mühari-bəsində həlak olmuş və itkin düşmüş şəxslər barəsindəki arxiv məlumatlardan ibarət İnformasiya Məlumat Bankı - Elektron Arxiv yaradıb. Bu Elektron Arxiv Rusiya prezidentinin 23 aprel 2003- cü il sərəncamı ilə yaradılıb. Layihənin əsas məqsədi milyonlarla keçmiş sovet vətəndaşına müharibə zamanı həlak olmuş qohumlarının taleyindən xəbər almaq imkanı yaratmaqdır.Bunun üçün Rusiya Silahlı Qüvvələrinin hərbi-memorial Mərkəzi tərəfindən unikal informasiya axtarış sistemi yaradılıb.Bu sistem dünyada unikallığı ilə tanınır.

Zaman-zaman müharibə getmiş ölkələrdə həlak olmuş azərbaycanlı oğullardan bəzilərinin qəbirləri də tapılıb.II Dünya müharibəsində Moldova Respublikası ərazində həlak olmuş və itkin düşmüş sayılan 206 nəfər azərbaycanlı döyüşçünün dəfn olunduğu yer aşkarlanıb. Bundan başqa, Slovakiya ərazisində həlak olmuş, aldığı yaralardan dünyasını dəyişmiş və burada dəfn edilmiş 63 min 382 sovet hərbçisi arasında 281 azərbaycanlının olduğu müəyyənləşib. Lakin bu say çox azdır. Əsas çoxluq hələ də müəmmaya qarışıb.Artıq sərhədlər açılıb.Sovet rejimi çoxdandır tarixin arxivinə gömülüb.Müharibədə itkin düşmüş soydaşlarımızı axtarmaq üçün əl-qolumuz açılıb.Bu işə hazırda dayanmadan inkişafda olan texnologiya da böyük imkanlar yaradır. Bir də ki 75il tarix üçün çox da böyük rəqəm deyil…Almaniya bu gün də 200 il əvvəl Azərbaycana köçmüş alman ailələri ilə maraqlanır, araşdırma aparırlar. Bizim isə II Dünya müharibəsində itkin düşmüş minlərlə soydaşımız haqda məlumatımız yoxdur. Axı günü bu gün də gözü yolda olan, atasının, qardaşının, həyat yoldaşının yolunu gözləyənlər var…

İlham Məmmədov, Bakı Dövlət Universiteti
    

Paylaş

Bizi Facebookda izləyin
menu
menu