Liderə təşəkkür: “Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 


Tərtər rayonundan Sadiq Quliyev ölkə rəhbərinə məktubunda bildirir:

“Möhtərəm cənab Prezident, Sizi bütün tərtərlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya qarşı mübarizədə Sizin xalqla birlikdə "Biz birlikdə güclüyük!" şüarı altında həmrəy olaraq atdığınız qətiyyətli və humanist addımlar həm xalqın Sizə olan inamını və sevgisini daha da artırdı, həm də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı. Bu gün Tərtərdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də mən bütün tərtərlilərin Sizə minnətdarlığını çatdırmağı özümə borc bildim. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu