Erməni hərbçilər eyni taleyi yaşayacaq: “Ya əsgərimizin gülləsinə tuş gələcəklər, ya da...

“Bu hal onların özlərinə də xoş deyil. Özgə torpaqlarında “at oynatdıqlarını” yaxşı başa düşürlər”



Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıblar. Təlim rayonun Uzundərə adlanan ərazisində aparılır.
Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir. Hazırda təlim davam edir.
Bu gün yerli KİV Dağlıq Qarabağda erməni əsgəri ölümü ilə bağlı məlumat yayıb. Enrik Aramyan adlı əsgərin ölüm səbəbi araşdırılır. Ancaq ona başından atəş açılması məlumdur. Hadisə mayın 19-da saat 20:30-da hərbi hissələrdən birində baş verib. Sual yaranır, erməninin bizim torpağımızda nə işi var ki, öldürülsün də?! Görünür, Allah da bununla barışa bilmir. 



 “Qarabağ” Azadlıq Təşkilatının sədri, politoloq Akif  Nağı “Sherg.az”a açıqlamasında müharibənin artıq labüd olduğunu vurğulayıb: 
“Bu təlimlərin heç bir mənası yoxdur. Ermənistan hansı ordusu ilə təlim keçir?! Sadəcə belə addımlarla psixoloji təsir göstərmək, öz aləmində “Mən də burdayam” demək istəyir. Biz hərbi əməliyyatlara başlayaraq bütün bunlara birdəfəlik son qoymalıyıq. Nə qədər ki, müharibə olmur bütün erməni əsgərləri eyni taleyi yaşayacaq: ya Azərbaycan əsgərinin, ya da özlərinin gülləsinə tuş gələcəklər. Çünki bu hal onların özlərinə də xoş deyil. Özgə torpaqlarında “at oynatdıqlarını” yaxşı başa düşürlər”.                                                                                       

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu