Prezidentə minnətdarlıq məktubu: “Ən çətin günlərdə güvənə biləcəyimiz Prezidentimiz var”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 

Gəncə şəhərindən Rza Ələsgərov dövlət başçısına məktubunda qeyd edir: 

“Hörmətli cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızın qorunması üçün vaxtında, tam dəqiq verdiyiniz qərarlar və göstərişlər nəticəsində Azərbaycan xalqının bu xəstəlikdən qorunmasına nail olunub. Dünya ölkələrindəki vəziyyətə baxdıqda Azərbaycan xalqı üçün verdiyiniz göstərişlər və görülən işlər olmasaydı, ölkəmiz üçün vəziyyət heç də ürəkaçan olmayacaqdı. Bütün bunlardan açıq görünür ki, Sizin başlıca məqsədiniz xalqımızın bu xəstəlikdən minimum itki ilə çıxmasıdır. Bir çox ölkələrin iqtisadiyyatı fikirləşərək qərarları gecikdirməsi hazırda pandemiyanın ağuşunda olmalarına gətirib çıxarıb. Hazırkı vəziyyətdə aydın görünür ki, Azərbaycan xalqı üçün verdiyiniz qərarlar nə dərəcədə doğrudur. Bu qərarlar nəticəsində koronavirus pandemiyasının ölkədə yayılması minimuma endirilib, səhiyyə bu xəstəliklə mübarizəyə tam hazırlanıb. Verdiyiniz qərarlar digər ölkələrə nümunə olub. Cənab Prezident, belə bir vəziyyətdə hər zamankı kimi xalqın yanında olduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, təşəkkür edirəm. Biz bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz Prezidentimiz var”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu