Prezidentə təşəkkür: “Sizin Prezidenti olduğunuz bir ölkədə yaşamağımızla qürur duyuruq”


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 
Kürdəmir rayonundan Ayşad Qarayeva, Elmar Əsədov, Tahirə Məmmədova və Dürdanə Şirinova ölkə liderinə yazırlar: 

“Möhtərəm cənab Prezident, biz Sizinlə, sözün əsl mənasında, fəxr edirik. Bu gün biz məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində sağlamıq, sevdiklərimizin əhatəsindəyik. Bu çətin günlərdə istər karantində olan, istərsə də evdə qalan vətəndaşlarımız xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Həmin diqqət və qayğı xeyirxah, nəcib işlər görən, xalqın xeyri üçün əlindən gələni, hətta ondan da artığını edən, ən əsası isə ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı olan bir liderin sayəsində mümkün oldu. Sizin Prezidenti olduğunuz bir ölkədə yaşamağımızla qürur duyuruq. Yaşasın müstəqil Azərbaycanın Prezidenti və onun ətrafına sıx birləşən Azərbaycan xalqı!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu