Dövlət rəhbərinə: “Sizin səmərəli fəaliyyətinizlə bizi Qarabağa qayıdış gözləyir”


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 

Ağdam rayonundan Əli Rzayev, Qəmər Səfərova və Rəfail Zeynalov dövlətimizin başçısına minnətdarlıqlarını bu sözlərlə bildirirlər: 

“Möhtərəm cənab Prezident, son aylarda dünyanı bürüyən qorxulu koronavirus xəstəliyinə qarşı mübarizəniz, gecə-gündüz öz xalqınızı qorumağınız bizə yaxşı məlumdur. Bu zəhmətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu gərgin zəhmətin arxasında xalqın iqtidara olan inamı, sevgisi, etibarı dayanır.
Cənab Prezident, bu çətin günlərdə biz xüsusi qayğı hiss edirik. Aldığımız yardımlar həm də mənəvi dəstək idi. Biz ağdamlılar həmişə Sizin yanınızdayıq. Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir. Allahdan Sizə güc və sağlamlıq arzulayırıq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu